Turkiyədə 11 gündür itkin düşən azərbaycanlınin meyiti tapıldı - görün harada

Bu gün, 11:46           
Turkiyədə 11 gündür itkin düşən azərbaycanlınin meyiti  tapıldı - görün harada
Nevşehir vilayətinin Avanos rayonunda 11 gündür xəbər alınmayan Azərbaycan vətəndaşı peribacaları arasında ölü vəziyyətdə tapılıb.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Məlumata görə, rayonda yaşayan azərbaycanlı Hüseyn G.-dən 5 gün ərzində xəbər ala bilməyən işəgötürəni M.H. sentyabrın 5-də polisə müraciət edib.

Müraciətdən sonra hərəkətə keçən hüquq-mühafizə orqanları prokurorluğun göstərişi ilə ərazidə axtarış və kamera görüntülərinin araşdırılması işinə başlayıb. Araşdırma zamanı Hüseyn G.-nin Avanosun Yeni məhəlləsində tanışı İ.T.F. ilə birlikdə spirtli içki qəbul etdiyi müəyyənləşib.

Axtarış tədbirləri nəticəsində Hüseyn G.-nin cansız bədəni peribacaları arasında aşkarlanıb. Onun tanışı İ.T.F. isə saxlanılıb.

Hadisə ilə bağlı istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru