"Qarabağın taleyi yeni başlanacaq müharibədən asılı olacaq"

18-05-2016, 16:06           
"Qarabağın taleyi yeni başlanacaq müharibədən asılı olacaq"
“Zaman göstərdi ki, Dağlıq Qarabağ məsələsinin həlli danışıqlarla mümkün deyil. Vasitəçilərin bütün fəaliyyətləri Azərbaycanı Dağlıq Qarabağda bir plebesidə zorlamaqdır. Bu plebesidin sonuçları isə əvvəlcədən bəllidir. Dağlıq Qarabağ Azərbaycanın əlindən alınır! Fərqi yoxdur o müstəqilmi olur, Ermənistanamı birləşdirilir. Həmsədrlər bu illər ərzində buna çalışmışlar və Vyana görüşü də bu məqsədə xidmət etmişdir. Vyana görüşü Azərbaycanın bundan sonra əl-ayağının bağlanmasına xidmət edir”.

Bunu Moderator.az - a açıqlamasında Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü rəhbəri, professor Qafar Çaxmaqlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini şərh edərkən deyib.

Professor daha sonra bildirib ki, münaqişəninn həlli üçün hərb yolu yeganə variantdır:

“Erməni tərəfi də, onların havadarları da dörd günlük savaşdan sonra narahat olmağa başladılar ki, bölgədə gözlənilməz hadisələr baş verə bilər. Azərbaycan Dağlıq Qarabağ da daxil olmaqla öz ərazilərində antiterror əməliyyatları keçirər və torpaqlarından erməniləri təmizləyə bilər. Əslində Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın atacağı bu və ya başqa belə qərarlı addımlardan asılı olacaq. Ermənilər Dağlıq Qarabağdan vaz keçmir, biz isə heç vaxt onun əldən getməsinə razı olmayacağıq. Hər zaman bu fikirdə olmuşam ki, Qarabağın taleyi yeni başlanacaq müharibədən asılı olacaq. Bu müharibə nə vaxt olacaq? Bizim açımızdan münasib məqamı gözləməliyik. Mənim nəzərimdə hələ o məqam yetişməyib. Rusiya zərəsizləşdirilməyib. O yenə Ermənistanın müttəfiqidir, digər vasitəçilər də hələ onların yanındadırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.