Məkkədə daha bir azərbaycanlı öldü

25-09-2015, 22:48           
Aslanovanın həyat yoldaşı ixtisasca həkimdir.
Məkkədə daha bir azərbaycanlı öldü
Bu gün Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan daha biri dünyasını dəyişib.

TEREF.İNFO xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Həyatını itirən şəxs Kəklik Aslanovadır.

Onun sözlərinə görə, K.Aslanova Məkkəyə həyat yoldaşı ilə yollanıb.

Zəvvar günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Aslanovanın həyat yoldaşı ixtisasca həkimdir.

Bu, Məkkədə dünyasını dəyişən sayca ikinci azərbaycanlı zəvvardır.

Bundan əvvəl Qubadlı rayonundan olan məcburi köçkün, 1954-cü il təvəllüdlü Fəxrəddin Oruc oğlu Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəflətən dünyasını dəyişmişdi.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.