Narkoloji dispanserdə yanğın olub, ölən və yaralananlar var 14-12-2019, 07:44 Rusiyanın Tümen şəhərində narkoloji dispanserdə yanğın baş verib.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.Bildirilir ki, yanğın zamanı 13 nəfər xilas edilib, 116 nəfər isə təxliyə edilib.Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.Yanğının səbəbi araşdırılır. Facebook-da paylaş