55 ilin “Zapı”sını ABŞ-da inanılmaz qiymətə satırlar - Fotolar

5-06-2020, 22:50           
55 ilin “Zapı”sını ABŞ-da inanılmaz qiymətə satırlar - Fotolar
Sovet maşınları hələ də dəbdədir. Özü də təkcə postsovet ölkələrində yox, xeyli uzaq dövlətlərdə də.

Bizimyol.info xəbər verir ki, 55 ilin “Zapı”sını ABŞ-da inanılmaz qiymətə satırlar. Massaçusets ştatında ZAZ-965A 18 min dollara satışa çıxarılıb. 1965-ci ilin “Zaporojets”i cəmi 62.8 min kilometr yol gedib. Sahibi SSRİ dağılandan sonra ABŞ-a köçmüş şəxsdir. O, “Zapı”nı restavrasiyadan sonra satmaq qərarına gəlib.



“Alphacars” portalında satışa çıxarılan avtomobilin karbüratoru, ümumiyyətlə, bir çox hissələri dəyişdirilib. Maşının sahibi bütün bunlara 1300 dollar xərcləyib.

ZAZ-965A 1963-cü ildən istehsal olunurdu. Avtomobilin saatda 90 kilometr qət etmək imkanı var. Bu “Zaporojets”dən 322 min 170 ədəd istehsal edilmişdi.



Bir neçə gün əvvəl Kolumbiyada sovet dövrünün “Niva”sı satışa çıxarılmışdı. 1981-ci ildən 250 min kilometrdən çox yol qət edən avtomobilə təxminən 8 min dollar qiymət qoyulmuşdu.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.