Saakaşvili: "Məcbur olub Buşa avtovağzaldan iylənmiş xəngəl gətizdirdim" – VİDEO

29-06-2020, 15:14           
Saakaşvili: "Məcbur olub Buşa avtovağzaldan iylənmiş xəngəl gətizdirdim" – VİDEO
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-ın keçmiş prezidenti Corc Buşla olan xatirələrindən danışıb.
Yeniavaz.com xəbər verir ki, Saakaşvili ukraynalı jurnalist Dmitri Qordona müsahibəsi zamanı Corc Buşla yaşadığı çətin anlardan danışıb. O bildirib ki, ABŞ-ın sabiq prezidenti Corc Buş ilk dəfə Moskvadan Gürcüstana gələndə mənə xəbərdarlıq edildi ki, o heç bir şey yeməyəcək və süfrədə ancaq su olmalıdır: “O isə hava limanında təyyarədən enəndə mənə dedi ki, Putin bizə axşam yeməyinə qalmaq təklif etdi ancaq orada xoşagəlməz aura var idi biz imtina etdik. Çox acıq, ümid edirəm ki, yeməyə nəsə var. Biz restoranda oturduq stolun üstündə ancaq su vardı. Sonra qəflətən Buş ofisantdan öz dillərində soruşdu ki, “ingilis dilində bilirsən?” Ofisant isə cavab verdi ki, “əlbəttə mən Ohayo ştatındanam” Sən demə restoranda bizə su süzən ofisant belə ABŞ xüsusi xidmət orqanlarının əməkadaşıdır.

Yaxınlıqda heç yerdə açıq restoran yox idi və məcbur olub avtovağzalda yerləşən hansısa restorandan Buş üçün iylənmiş xəngəl gətirdilər. Həkim yeməyi yoxladıqdan 45 dəqiqə sonra Buş 20 ədəd xəngəl yedi və çox bəyəndi. Ancaq həmin xəngəl mənim həyatımda yediyim ən pis xəngəl idi”.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.