Notr-Damın yanması – axirətin yetişməsi deməkdir

17-04-2019, 14:17           
Notr-Damın yanması – axirətin yetişməsi deməkdir
Sufi-batini məntiqinə görə, bu dünyada təsadüf deyilən bir şey yoxdur. İbrahim peyğəmbərin üç dəfə atdan yıxılmasının səbəbi, onun üç dəfə yalan danışması olub. Bu günlərdə Paris şəhərinin məhşur abidəsi olan Notr-Dam kilsəsi yanaraq məhv oldu. Adi insanlar təbii ki, bunu təsadüf saya bilərlər. Lakin İlahi sirləri bilənlər bunun təsadüfən olmadığına tam əmindirlər.
Avropanın gizli tarixini yazan Qrase De-Orsenin yazdığına görə, orta əsrlərdə Avropada tikilmiş bütün (istisnasız) abidələrin memarları – “Quş dili bilən qulyardlar”, yəni Gel oğulları olmuşlar. Bütün xristian abidələrini də məhz onlar tikmişlər. İlk gizli mason təşkilatlarının da yaradıcıları – IX əsrdə Fransaya gəlmiş müsəlman gellərlə bağlıdır (Грасе д”Орсе, «Язык птиц. Тайная история Европы», sayt: http://lib.rus.ec/b/370590/read). Masonluqla bağlı olan Kennet Conson də sübut edir ki, mason sənət gildiyası - əsası IX əsrdə Cün-Nun əl Misri tərəfindən qoyulmuş və “İnşaatçılar” adlandırılan sufi ordenindən başlanır. Masonların özləri isə bu ənənənin qədim Misirdən başlandığını iddia edirlər. Qədim Şumer məndələrində bu inşaatçılar – “inşaatçı Allahlar”, “müdriklər qardaşlığı”, “ilkin dövrün böyük ruhları”, “Yaradıcının törəmələri” və s. adlanırdılar (Древние масоны – прямые потомки богов, sayt:
http://gilarbey.blogspot.com/2013/08/blog-post.html). Bu isə o deməkdir ki, qulyardlar elə Babil qülləsini, Eridu məbədini tikən Şərqdən gələn Assurlardır. Qrase De-Orse, Babil qülləsini tikən bənnaları – Aya sitayiş edənlər adlandırır. Şumer mənbələrində bu Aya sitayiş edənlər – Ay Allah Sinin “İl-Amurru” amoreyləridir. Batinilərdə Sin rəmzi – axirətdə gələcək Mehdiyə aid edilir ki, onlarda “İl-amurru” rəmzi də “Əli-Əmir” mənasında axirətin Mehdisidir. Masonlar da axirətdə gələcək Usta-İliyanı gözləyirlər ki, İlya rəmzi də elə Əli rəmzidir. Başqa sözlə, Notr-Dam məbədini tikən Gel oğulları – Ay Allahına sitayiş edən ismaili Gelat şiələrinin nəslidir.

Avropalıların “Gel oğulları” adlandırdıqları Gel ismaililəri – gizli batin elminin yaradıcılarıdırlar və Tövrat kitabı da, Allahın özünə qulluq üçün seçdiyi bu pirlərin ilk müqəddəs kitabıdır. Batinilərin yazdıqları bütün müqəddəs kitablar – Rəhman Allahın dünyada yaratdıqlarının rəmzlərlə ifadəsidir. Bu rəmzlərin digər variantı isə - mədəni abidələr və qədim tikililərdir. Notr-Dam kilsəsi də - başdan ayağa rəzmlərdən, adi insan üçün dərkolunmaz heykəllərdən, rəsm əsərlərindən, şəbəkələrdən və s. ibarətdir. Deməli, Notr-Dam kilsəsi də müqəddəs kitablar kimi, Allahın yaratdıqları ilə bağlı rəmzlər toplusudur. Bütün müqəddəs kitablar kimi, bu rəmzlər toplusu da - axirət, yəni Allahın “dünya”nı dəyişdiyi və axirət məhkəməsinin qurulduğu dövr üçündür. Quranda bu dövr – “Torpaqların dəyişdirildiyi vaxt” adlanır ki, bu zaman göydəki ruhlar dünyası, yenisi ilə əvəz olunacaq. Bu Mələküt dünyası isə Kosmik İnsan-Allah Atumun, yəni Adəmin bədənindədir ki, bu da ölmüş birinci Adəmin yerində ikinci Adəmin yaranması ilə bağlıdır.
Sufi-batinilərdə Notr-Dam (NTR-DM) rəmzi “Nut-Ra Atum” kimi açılır ki, bu da – ayağı yerdə, başı göylərdə olan Kosmik “Atum/Adəmin göydəki Ra günəşi” deməkdir. Qədim Misirdə Notr rəmzi Neter kimi yazılaraq “Allah” demək idi və bu da Notr-Dam rəmzinin – “Adəm Allahı” fikrini ifadə edir. Lakin “Notr” (NT-R) rəmzi sufilərdə Tan-Rı (TN-R) kimi də oxunur ki, bu zaman Notr-Dam rəmzi – “Tanrı Adəm” mənasını verər. Adəmin Allah mənasında olmasını – Tövratdan başlamış bütün sufilər də qeyd edirlər.

Lakin daha dərin batini mənalarda Notr (N-TR) rəmzi – ilkin Nun sularında, yəni göylərdə yaradılmış Eridu məbədini bildirir ki, bu məbəd tikilib qurtardıqdan sonra göydə Kosmik İnsan-Allah Atum/Adəm var olmuşdur. Bu isə o deməkdir ki, Notr-Dam abidəsi – ilk yaradılmış Babil-Eridu məbədinin təqlidi, bənzəri kimi tikilmiş məbəddir.

Batinilərin yaratdıqları bütün hər şey xüsusi məntiqlə və ritallarla yaradılır ki, bu ritualların hesabına yaradılış – ilkin materiya ilə, yəni İlahla bağlı olur. Bu zaman ilkin materiya, Allahın Əzəl yazısı olan Lövhi-Məhfuzda yazılanlara uyğun olaraq “hərəkət edir”. Başqa sözlə, Notr-Dam abidəsinin məhv olması Allahın əzəl yazısına uyğun baş vermişdir. Bunun səbəbi isə, Notr-Dam abidəsinin təqlidi olduğu Adəmin/Atum Allahının tam məhv olmasıdir. Bu isə o deməkdir ki, bu abidənin yanması – axirət dövrünün tam yetişməsi dövrü kimi qəbul olunmalıdır.
Firudin Gilar Bəg
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.