Səbəbkar “Sipark İnşaat”dır? - AMEA-dakı mənzil qalmaqalı böyüyür...

23-04-2019, 11:45           
Səbəbkar “Sipark İnşaat”dır? - AMEA-dakı mənzil qalmaqalı böyüyür...
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanənda yerləşən yataqxanada məskunlaşmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları mənzil bölgüsü zamanı ev ala bilməyiblər. Bu haqda bir neçə gün öncə saytımızda yayımlanan məqaləyə AMEA-dan cavab gəlib.
AMEA-nın İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyevin göndərdiyi məktubda quruma qarşı ünvanlanmış ittihamların əsassız olduğu bildirilib:Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanənda yerləşən yataqxanada məskunlaşmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları mənzil bölgüsü zamanı ev ala bilməyiblər. Bu haqda bir neçə gün öncə saytımızda yayımlanan məqaləyə AMEA-dan cavab gəlib.
AMEA-nın İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyevin göndərdiyi məktubda quruma qarşı ünvanlanmış ittihamların əsassız olduğu bildirilib:
“AMEA-da işləyən və yataqxanada yaşayan alimlər mənzillə təmin edilib və bu məsələ ilə əlaqədar AMEA-da heç bir qalmaqal yoxdur. AMEA əməkdaşları mənzil bölgüsündən çox razıdırlar. Bu məsələnin ətraflı izahı məqsədilə aşağıdakıları bildiririk:
Akamediyanın keçmiş rəhbərliyi dövründə AMEA ilə “Evrostroy-S” MMC arasında, AMEA-nın, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayan əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanıb. Yataqxana AMEA-nın balansında, ərazisi AMEA-ya aid olduğuna və qanunvericiliyə əsasən yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə burada yaşayan sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər. Belə ki, bu yataqxanadakı otaqlar özəlləşməmişdi və özəlləşdirilməsi də nəzədə tutulmur.
Müqavilədə podratçı tərəfindən həmin ərazidə inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulmuşdu. Lakin müqavilə bağlanan zaman “Evrostroy-S” MMC tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyinə görə çox çətinliklərlə üzləşdik.
Məlumat üçün bildiririk ki, müqavilə bağlanarkən yataqxanada 116-ya yaxın ailənin yaşamasına baxmayaraq, “Evrostroy-S” MMC Şərifzadə küçəsi, 12 ünvanında inşa etdiyi binadan AMEA-ya 54 mənzil ayırdı. Bu mənzillər azlıq etdiyinə və həmin ünvanda əlavə mənzillər olmadığını bildirdiklərinə görə, AMEA-nın təkidindən sonra “Evrostroy-S” MMC ətraf qəsəbələrdə inşa edilmiş yaşayış evlərindən də mənzillər ayırdı. Bu mənzillərin cəmi, hətta yataqxana ilə əlaqədar olan və hazırda AMEA-da işləyən elmi işçilərə də azlıq etdi. Hazırda əlavə mənzillərin ayrılması üçün “Evrostroy-S” MMC ilə danışıqlar davam etdirilir. Hətta tərəfimizdən hüquq-mühafizə orqanlarına da müraciət etmişik”.
AMEA-nın verdiyi açıqlamadan belə çıxır ki, qalmaqalların səbəbkarı “Evrostroy-S” MMC-dir. Siyahıda əgər 116 ailənin adı vardısa, tikinti şirkəti nə üçün AMEA-ya 54 mənzil ayırır?
Qeyd edək ki, uzun illər “Evrostroy-S” MMC kimi fəaliyyət göstərmiş tikinti şirkəti adı mətbuatda tez-tez qalmaqallarda hallandığı üçün rebrendinq edərək “Sipark İnşaat” olub. Məsələ ilə əlaqədar olaraq “Sipark İnşaat”a dəfələrlə zəng etməyimizə baxmayaraq, suallarımıza cavab verəcək bir nümayəndə tapa bilmədik. Şirkətdən bununla bağlı əlaqə saxlanılacağı bildirilsə də, hələ də heç bir məlumat yoxdur. \\bizimdovr.az\\шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.