Eldar Mahmudov və Yavər Camalov diplomatik qalmaqala səbəb olub

3-11-2015, 13:47           
Eldar Mahmudov və Yavər Camalov diplomatik qalmaqala səbəb olub
Miliyyətcə rus olan şikayətçi İlham Əliyevə və Vladimir Putinə müraciətində nələr yazıb?
Bakının Saraykina küçəsi, ev 57, mənzil 42-də yaşayan Vera Plotnikova “Azadlıq”a müraciət edib. Ölkə başçısı Ilham Əliyev və Rusiya prezidenti Vladimir Putinə müraciət edən ana oğlu Ruslan Muradovun vətəndaş hüquqlarının qorunmasını xahiş edib: “1998-ci il təvəllüdlü oğlum Sabail rayonu polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının kobud qanun pozuntusuyla üzləşib.

Məlum edirəm ki, 2015-ci ilin 9 avqust tarixində oğlum saat 21 radələrində evdən çıxaraq evimizin yaxınlığında yerləşən “Yaşıl teatr”da konsert dinləmək üçün gedib. Səbail rayonu polis idarəsinin post-patrul maşınında iki polis əməkdaşı onun yanına gələrək heç nə izah etmədən oradakı adamların gözü qarşısında güc tətbiq etməklə maşına oturdub 9-cu polis bölməsinə aparıblar. Orada isə oğlumun mobil telefonunu alıblar və qanunsuz saxlanması barədə məlumat vermək üçün valideyninə zəng etməyə də imkan verməyiblər. Oğlumun saxlanmasının səbəbini izah etmədən bölmədə təxminən iki saat saxlayıblar. Leytenant, Içərişəhərdə inspektor-müvəkkil işləyən Ismayıl Nəsibzadə oğlumu dindirərək özünü kobud aparıb və oğlumu təhqir və təzyiq edib, həmçinin özünü cəzasız hiss etməklə oğlumdan pul tələb edib. O, oğlumun cibindən 75 manat pul götürüb. Qeyd edim ki, həmin 75 manatı (üç ədəd 20 manatlıq, 10 və 5 manat olmaqla) oğluma optik eynək üçün vermişdim. Güc və şantaj etməklə Ismayıl Nəsibzadə həddi-buluğa çatmamış oğlumu hansısa naməlum sənədə imza etməyə məcbur edib. Onu polisdən buraxmayacağı və uzunmuddətli cəzaya göndərəcəyilə, Səbail məhkəməsində isə öz adamlarının olmasıyla qorxudaraq oğlumu həmin naməlum sənədə imza etdirib. Oğluma sənədlə tanış olmağa da imkan verməyib. Sonra da 75 manatı götürərək oğlumun mobil telefonunu qaytarıb və özünü də buraxıb.

2015-ci ilin 10 avqustunda mən oğlumun qanunsuz saxlanmasıyla bağlı 9-cu polis bölməsinə müraciət etdim. Əfsus ki, məni heç kim dinləmək istəmədi. Mənə rəisin yerində olmadığını dedilər. Yalnız 18 avqustda 9-cu bölmənin rəis müavini qəbul etdi. Özünü təqdim etməyən, kobud şəkildə, rus millətinə aqressiya ilə özünü aparan bu şəxs onunla yalnız azərbaycanca danışmağı tələb etdi. Mən oğlumun günahsız yerə saxlanmasını izah edincə, o, bütün rus qadınlarına ünvanlanan təhqirlərə başladı. Həmin şəxs üstümə qışqıraraq məni oğlumla birlikdə həbs edəcəyilə qorxutdu. Sonra da “öz vətənin Rusiyaya, Putinin yanın rədd ol ki, o, hüquqlarını öz torpağında qorusun” dedi. Rusların Azərbaycanda yeri yoxdur deyən həmin adam məni kabinetdən qovdu. 9-cu bölmənin rəisinin qardaşı Yavər Camalov ölkənin müdafiə sənayesi naziridir. Görünür, belə müdafiəçisi olduğu üçün ona qanunsuzluq törətməyə imkan verirlər. Digər müdafiəçi olan Səbail rayon polis idarəsinin rəisi Ilqar Mahmudov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qardaşıdır. Onların ucbatından mənim əlaqədar orqanlara dəfələrlə olan müraciətlərim baxılmamış qalıb.

Mən Bakı şəhər Baş Polis Idarəsinin rəisi Mirqafar Seyidovun qəbuluna düşmək üçün müraciət etdim. 21 avqustda məni qəbul etməkdən imtina edərək onun müavini general Elxan Həsənova yönləndirdilər. General bu işi “nəzarətində” saxlayacağını dedi. Mən onun səmimiliyinə inandım. Lakin təəssüf. Arxa-dayağı milli təhlükəsizlik naziri Eldar Mahmudov dayandığı halda, kim Səbail rayonundakı polis özbaşılanığının qarşısını ala bilər ki? Bir həftədən sonra Bakı şəhər Baş Poli Ibarəsinin təhqiqatçsı Seymur Həsənov zəng edərək oğlumla məni idarəyə dəvət etdi. O, oğluma sənədə imza atdıran və pulunu alan şəxsin fotosunu göstərdi. Oğlum onun şəkilini tanıdı. Leytenantın soyadı və vəzifəsini bizə bildirmədilər. Lakin oğluma sənəd imzaladan və pulunu götürən əməkdaş barədə Seymur Həsənova dəfələrlə olan müraciətimə cavab verilmədi. Əksinə, idarədə Elxan Həsənov oğlumun hüquqlarını qorumaq əvəzinə, öz əməkdaşlarını müdafiə etdi. Seymur Həsənov mənə telefonda dedi ki, oğlum günahkardır, ona 307-1.1 maddəsini tətbiq etmək qanunidir. Seymur Həsənovun sözlərinə görə, guya oğlum evimizin qarşısında (Nazirlər Kabineti işçilərinin evi) dayanaraq əlini açıb dilənçiliklə məşğul olub.

307-1.1 maddəsinin oğluma şamil edilməsi dəhşətdir. Mənim oğlum bomjdur?! 17 yaşlı oğlum prestijli məktəbi 4-5 qiymətlərlə başa vuraraq universitetə qəbul olub. O, Nazirlər Kabinetinin binasında Prezident Administrasiyası rəhbəri Ramiz Mehtiyevin qızının qonşuluğunda yaşayır. Oğlum Olimpiya Oyunlarında “volontyor”-radioperator kimi fəal iştirak edib və xoşməramlı işinə görə Mehriban xanımın və dövlət başçısının fəxri fərmanıyla təltif olunub. Belə bir adam öz evinin qarşısında dayanaraq qonşuların və tanışların gözü qarqşısında əlini açıb dilənçiliklə məşğul ola bilərmi?!

Xahiş edirəm, oğlumun hüquqlarının müdafiə olunmasına göstəriş verin. Günahkarları cəzalandırın”.

MediaXeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.