Azərbaycanda daha bir "Turizm Şoku": “Cənnət bağı” -ında "cənnət" qiymətləri.... FOTOFAKT

8-07-2019, 21:06           
Azərbaycanda daha bir "Turizm Şoku": “Cənnət bağı” -ında "cənnət" qiymətləri.... FOTOFAKT
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Altıağacda yerləşən “Cənnət bağı” istirahət mərkəzində başına gələn əhvalatları yazıb:
Statusu təqdim edirik:
Azərbaycanda daha bir "Turizm Şoku":
“Cənnət bağı” istirahət mərkəzində otelin ərazisinə girib qiymət soruşan müştəridən giriş haqqı alınıb

Şikayətçi Səftər Əlsəfa bildirib ki, iyulun 6-da Altıağac qəsəbəsində yerləşən “Cənnət bağı” istirahət mərkəzinə gediblər. Orada girişdə ondan 100 manat depozit tələb olunub: “Mən pulu ödədim və dedilər ki, içəridə istifadə etdiyimiz xidmətin pulu həmin məbləğdən çıxılacaq. Orada girişin pullu olması ilə bağlı bizə heç bir məlumat, xəbərdarlıq edilmədi. Biz 7-8 nəfər içəri keçib otelə yaxınlaşıb qiyməti soruşduq. Çox baha olduğu üçün sərf etmədi. Mən əraziyə girişin pullu olduğunu bilsəydim, 7-8 nəfərlə niyə girirdim ki? Tək özüm gedib qiymət soruşub çıxardım. Otelə gedəndə uşaqlar da heyvanlara baxmaq istədilər, 3 uşaq zooparka girib baxdı, sonra çıxdıq. Bu da ümumilikdə hər uşağa 2 manat olmaqla, 6 manat etdi. Çıxışda isə bizdən 24 manat əraziyə giriş haqqı da tutdular (zooparkın ödənişi ilə birgə 30 manat). Mən 1 saata yaxın mübahisə etsəm də, bir xeyri olmadı. Mənlə birgə başqa bir müştəri də eyni vaxtda buna etiraz edirdi. Çünki girişdə heç kimə bu barədə məlumat verilmir. İstirahət mərkəzi ölkənin içində ayrıca ölkədir? Torpaqbasdı vergisi alırlar, elə bil viza rüsumu ödəyirik”.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.