DGK-nə monopoliya İTTİHAMI - İş adamı ilə DGK-nın arasında qalmaqal səngimir

22-11-2019, 12:39           
DGK-nə monopoliya İTTİHAMI - İş adamı ilə DGK-nın arasında qalmaqal səngimir
Teref.az yazır ki, iş adamı, iqtisadçı ekspert Nazim Baydəmirli ilə DGK-nin arasındakı qalmaqal davam edir.İş adamının İrandan gətirdiyi dəmirə qoyulan gömrük rüsumunun Azərbaycan bazarında "Baku Steel Kompani"-nin diqtəsi ilə və adı çəkilən şirkətin mənafeyini qorumaq üçün müəyyən etdiyi haqda iddia irəli sürməsi DGK-ni qıcıqlandırıb.
https://modern.az/az/news/188291?fbclid=IwAR3W8Rqi4lb_uXyp-WjwPHtIOGzvdOt8nrx_GpXf6D9s-fBipdyI_QRuNLM
Modern.az-da yanvar ayında bu ittihamlara cavab veriləndən sonra, sosial şəbəkə itifadəçisi ( profilində qeyd edilməsədə, paylaşımlrından DGK-nin işçisi olduğu başa düşülür) Natiq Axundov Nazim Baydəmilinin ittihamlarına cavab statusu yazıb.
Natiq Axundovun cavab statusunu sizə təqdim edirik:
Ötən günlərdə özünü “Bonab steel company” MMC-nin baş direktoru kimi təqdim edən Nazim Bəydəmirli adlı şəxs sosial şəbəkədəki şəxsi hesabı üzərindən rəhbərlik etdiyi şirkət tərəfindən ölkəyə idxal etdiyi malların gömrük dəyərinin süni sürətdə artırıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlayıb və hətta daha irəliyə gedərək dövlət qurumunu öz tərbiyə standartları çərçivəsindəki ifadələrlə ittiham edib.
Qeyd edim ki, adıçəkilən şirkət tərəfindən ölkəyə idxal edilən dəmir şvellerlər gömrük orqanına 1 ton üçün 300 ABŞ dolları dəyərində bəyan olunub. Lakin gömrük orqanlarının apardığı araşdırma nəticəsində malların dəyərinin aşağı göstərildiyi müəyyən edilib və bu barədə “Bonab steel company” MMC-yə məlumat verilib.
Şirkətin baş direktorunun gömrük orqanlarını qanunvericiliyin tələblərini pozmaqda ittiham etməsinə gəlincə isə Azərbaycan Respublikasının Gömrük tarifi haqqında qanununun 11.1 maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var. Qanunvericiliyə uyğun olaraq aparılan araşdırma zamanı isə “Bonab steel company” MMC tərəfindən təqdim olunan bəyannamədəki məlumatların dəqiqiliyinə şübhə yarandığından Gömrük tarifi haqqında qanunun 12.1 və 12.2 maddələrinə istinadən real gömrük dəyəri müəyyən edilib. Gömrük orqanının qərarı ilə razılaşmayan şirkətin səlahiyyətli nümayəndəsi Komitənin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən qəbul edilərək şikayəti dinlənilib, ona qanunvericiliyin tələbləri izah olunub və səlahiyyətli nümayəndə verilən açıqlama ilə razılaşaraq hər hansı etiraz bildirməyib. Daha sonra şirkət nümayəndələri rəsmiləşdirmə prosesini başa çatdıraraq mallarını təhvil alıblar.
Qeyd edək ki, gömrük orqanının qəbul etdiyi qərar şəxsləri, o cümlədən “Bonab steel company” MMC-nin baş direktoru Nazim Bəydəmirli adlı şəxsi qane etməyə bilər. İnformasiya texnologiyalarının geniş yayıldığı, söz, fikir azadlığının cəmiyyətin ən vacib dəyərlərindən birinə çevrildiyi dövrdə dövlət qurumları, eyni zamanda gömrük orqanı tərəfindən qəbul edilən qərarların düzgünlüyünün istənilən platformada müzakirəsi də başa düşüləndir.
Lakin hər hansı məhkəmə qərarı olmadan qanunvericilik qarşısında məsuliyyət yaradacaq bəyanatlar və ya açıqlamalarla çıxış etmək, konkret olaraq gömrük orqanlarını inhisarçılığı dəstəkləmək və ona şərait yaratmaqda ittiham etmək özü qanun qarşısında məsuliyyət yaradır.
Vacib məqamlardan birini də Nazim Bəydəmirli adlı şəxsin diqqətinə çatdırım ki, yerli istehsalı qorumaq və inkişaf etdirmək digər iqtisadi qurumlar kimi Dövlət Gömrük Komitəsinin də prioritet vəzifələrindən biridir. Sadəcə statistik rəqəmlərə diqqət yetirək. Cari ilin 10 ayı ərzində ölkəyə dəmir şveller idxal edən 70 şirkət tərəfindən 270-ə qədər idxal əməliyyatı aparılıb və ümumilikdə 6 min tona qədər mal gətirilib. Bütün əməliyyatlar üzrə dəmir şvellerlərin gömrük orqanına bəyan edildiyi minimal statistik göstərici hər tona görə 500 ABŞ dollarıdır. “Bonab steel company” MMC-nin isə idxal etdiyi eyni mal mövqeyinə aid məhsulları 300 ABŞ dolları dəyərində bəyan etməsi isə gömrük orqanlarının deyil, əksinə həmin şirkətin və ya onun rəhbəri Nazim Bəydəmirli adlı şəxsin bazarda haqsız rəqabət yaratmaq meyillərindən xəbər verir.


Teref.az yazır ki, iş adamı, iqtisadçı ekspert Nazim Baydəmirli DGK və sosial şəbəkə istifadəçisi( profilində qeyd edilməsədə, paylaşımlrından DGK-nin işçisi olduğu başa düşülür) Natiq Axundovun ittihamlarına öz profilində cavab verib. Nazim Baydəmirlinin cavab statusunu sizə təqdim edirik:
"Bütün ölkə mediası qarşısında Gömrük komitəsi deyilən qurumun rəhbəri Səfər Mehdiyev elan etmişdi ki, İrandan idxal olunan dəmirin bəyan etmə qiymətini biz 200-dən 500 qaldırmışıq və bunu "Baku steel"-lə razılaşdırmışıq..daha doğrusu yerli monopolisti xatirinə bunu etmələrini çılpaqlığı ilə söyləmişdilər.. mən hörmətli Səfər müəllimin bu fikirlərini və cənab prezidentin monopoliyanın ləğvi ilə bağlı iqtisadiyyat nazirinə verdiyi tapşırıqların Gömrük komitəsində necə əməl olunmasını yoxlamaq üçün 1 maşın mal gətirmişdim..kontrakt, invoys və digər sənədlərlə neçəyə aldığımız sübut olunsa da, həmçinin İrandakı qiymətin komitənin araşdıra biləcəyini də təklif etsək də, dedilər "dediyimiz dedikdir" 551 dollara bəyan etməsəniz rəsmləşdirilməyəcək, nümayəndəmiz getdi Komitəyə şikayət etməyə, xeyri olmadı, dedilər ən aşağı yeri 500 dollardır (elə bil bazardayıq). Biz zərərimizi, xeyrimizi hesabladıq, məlum oldu ki, məhkəməyə getsək ziyanımız daha çox olacaq, beləliklə onların qoyduğu "şərtlərə" boyun əydik və mən bu problemi facebookda yazdım...İndi bu qurumun mətbuat xidmətindən məni nədəsə ittiham edirlər ki, guya 500 dollarlıq malı mən 300 dollara bəyan edib haqsız rəqabət yaratmaq istəyirmişəm..Şərh yerinə Gömrük komitəsinin işçisinin facebook statusunu qoyacam, yazı dilinə baxın, tərbiyyəsizliyinə baxın...pul bunların olan ağlını da alıb.."

Qeyd etmək istəyirik ki, sosial şəbəkədə dərc olunan bu status böyük müzakirələrə səbəb olub və bir çox narazılıqları üzə çıxardıb!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.