OBA marketlər şəbəkəsində 1 nəfər kassir işi , həm satıcı, həm mal daşıyan, həm xadimə işi görür - İDDİA

9-08-2020, 10:43           
OBA marketlər şəbəkəsində 1 nəfər   kassir işi , həm satıcı, həm mal daşıyan, həm xadimə işi görür - İDDİA
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi öz şikayətində yazır:
Şikayetim OBA marketlər şəbəkəsi Hövsan, Füzuli Bayramov küç. filialında ki satıcılarınadı. 3 nəfər satıcı var bir saata yola salırlar adamı. Tərəzidə mal çəkilməlidir 8 dəfə çağırandan sonra yaxınlaşırlar adama.
Kassa hər dəfə boş qalır. Satıcıları çağırsan o buna deyir kassaya yaxınlaş obiriri üçüncüsünə. Kassada sira yığılıb bunlar hələ öz aralarında mübahisə edirlər sonra hələ deyib gülürlər.
Teref.az xəbər verir ki, daha sonra şikayətçi yazır:
Biz dayanıb gözləməliyik ki, bunların qeybəti ne vaxt bitəcək. Camaat gözləyir axı. Bir çörəkdən ötrü kassada nəqədər vaxt itiririk. Artıq neçənci dəfə bu hal təkrarlanır. Əslində onlarda günah görmürəm. Bir satıcı orda həm kassir işi görür, həm satıcı, həm mal daşıyan, həm xadimə ona görə belə hallar baş verir. Yaxşı olardı ki hərənin öz vəzifəsi olsun.
Teref.az olaraq OBA marketlər şəbəkəsinin aidiyyətli şəxslərinin mövqeyini gözləyirik!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.