Dənizin və yolların işğalı : Saleh Məmmədovun “qudalar komandası”

5-10-2022, 16:50           
Dənizin və yolların işğalı :
Hakimiyyətin başlatdığı kadr dəyişikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib. Dəyişikliklərdən həvəslənən ictimaiyyət artıq təkcə yaşlı məmurların deyil, əhalinin ən çox narazılıq etdiyi sahələrə rəhbərlik edən bürokratların, eyni zamanda qohum çinovniklərin də “ishlahat dalğası”nda “əridilməsini” istəyir. İqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Bu isə idarəetmədə müəyyən problemlərin yaranmasına səbəb olur. Bu yazıda Azərbaycanın quru və su yollarını inhisara alan quda məmurları oxucuların diqqətinə çatdırırıq.

Asvalt və dəniz rəhbərlərinin qohumluğu

Azərbaycanda məmurların qohum-quda olması adiləşib. Nə hikmətdirsə, məmur övladları sadə bir insanın uşaqları ilə ailə həyatı qurmurlar. Bu, “nikah diplomatiyası” kimi qiymətləndirilməlidir. Belə münasibətlərdən daha biri 2019-cu ildə baş tutub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib. Bununla bağlı bildirik, toy məclisi dünən “Böyük Saray” şadlıq evində baş tutub. Mətbuatda gedən xəbərlərə görə, toy tanınmış və bahalı ifaçılar tərəfindən idarə olunub. Bu da təbii qarşılanır. Çünki hər iki məmurun gözəl imkanları var. Onlar üçün bir müğənniyə 8-10 min vermək qəpik-quruşdur. Çünki həm S.Məmmədov, həm R.Vəliyevin rəhbərlik etdiyi sahələr “yağlı tikələr” sayılır. Biri quruda, biri isə suda böyük gəlirlərə sahibdirlər.

Saleh Məmmədovun diplom müəmması

Saleh Məmmədovun tərcümeyi halında onun 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirməsi göstərilir. O zaman ASC rəhbərinin 56 yaşı vardı və 4 il ali təhsili nəzərə alsaq universitetə 2011-ci ildə daxil olub. Ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, 2011-ci ildə TQDK-nın siyahısından BDU-ya qəbul olunan tələbələr arasında ASC rəhbərinin adı yoxdur. Eyni zamanda dövlət məmuru olduğunu və ictimai fiqur kimi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, əgər S.Məmmədov həmin dövrdə BDU-nun Hüquq fakultəsinə qəbul olsaydı, mətbuatın diqqətini çəkərdi, dərhal bu maraqlı xəbər tirajlanardı.

Deməli, BDU-nun rektoru Abel Məhərrəmovun dövlət məmuruna saxta diplomu hədiyyə etməsi ehtimal ağıla batır. Başqa heç bir versiya qalmır. Belə çıxır ki, ASC sədri iş-gücünü atıb hər gün dərsə gedirmiş. Ən maraqlısı da odur ki, 2015-ci ildə bu vəzifəyə təyin olunub və ona qədər “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi işləyib.

“Asvalt kralı” dövlət başçısını belə aldadıb

Saleh Məmmədov ölkədə yol infrastrukturunun inkişafını korrupsiya və oğurluq əməlilə elə dəhşətli duruma salıb ki, hər gün bu yollarda neçə-neçə insan qəzaya düşür, trafik canavarının qurbanına çevrilir və həyatını itirir. Buna görə də Saleh Məmmədovun adı cəmiyyətimiz üçün ən böyük təhlükə törədənlərin siyahısına başçılıq edir. Bununla bağlı ölkə başçısı S. Məmmədovu bu vəzifəyə təyin edib, ölkə yollarını yüksək səviyyədə qurmağı ona tapşıranda qarşısında ciddi tələblər qoyub. Üstəlik, ölkədə barmaqla sayılan sahə var ki dövlət başçısı büdcə vəsaitindən əlavə, pzünün ehtiyat fondundan vaxtaşırı milyonlarla manat pul ayırır. Belə təşkilatlardan biri də Saleh Məmmədovun rəhbərlik etdiyi “Azəravtoyol” şirkətidir. Bu pul ona görə ayırlır ki, Saleh Məmmədov paytaxtın və regionlarımızın yollarını normal düzəltsin. Düzəltsin ki, vətəndaşlarımız ölkə daxilində rahat hərəkət edə bilsinlər…

Amma təəssüf ki, müstəqil mediada və sosial şəbəkələrdə “Azəravtoyol” şirkətinin rəhbəri Saleh Məmmədovun qururculuq işlərindən yox, onun daha çox dağıdıcılıq, korrupsiya fəaliyyətindən bəhs olunur. Bu cür təzadlı durumda olan Sakeh Məmmədov həddini o qədər aşıb ki, o, DÖVLƏT BAŞÇISINI DA ALDADIR!

Məsələn, 2015-ci ildən “Azəravtoyol”un rəhbəri təyin edilən S. Məmmədov dövlət başçısı ilə açılış edərkən, həm də təkbətək görüşərkən görüləcək işlər, gələcək plan haqqında danışanda xeyli layihədən bəhs edir. Amma elə yol layihəsi var ki, 7 ildir hər dəfə Saleh Məmmədov yaxın vaxtlarda başa çatacağından danışır. Utanmadan, çəkinmədən dövlət başçısına məlumat verir, də ad çəkir, lakin ortada nəticə yoxdur.

Buna bir misal gətirək: 2015-ci ildə başlayan Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun istifadəyə verilməsi S. Məmmədovun rəhbərliyi ilə 7 ildir ki, davam edir.

Həmin ərazidə yaşayan sakinlərlə S.Məmmədovun hansı düşmənçiliyi varsa, 70 kilometrlik Zəfər yolu bir ilə istfadəyə verilsə də, 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunun istifadəyə verilməməsi dəfələrlə gündəmə gətirilsə də, bu məsələdə adıkeçən məmur yalandan vaxt verməklə işini bitmiş hesab edir.

Sonuncu dəfə ötən ilin oktyabrında Prezident İlham Əliyev xüsusi sərəncamla Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayırıb. Amma 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun tamamlanması üçün son 5 ayda ciddi işlərin görüldüyü nəzərə çarpmır.

Baxmayaraq ki, dövlət başçısı ilə görüşlərində 3 il əvvəl də yolun tamamlanmasına az müddət qaldığı barədə yalan məlumatlar verən “Azəravtoyol”un şefinin ayrılan bu qədər vəsaiti haraya xərclədiyindən belə xəbər yoxdur. Bununla eyni zamanda həmin yolun davamı olacaq Hövsan-Qala-Türkan yolunun istifadəyə verilməsi də illərdir davam edir. Belə ki, AAYDA-nın öz saytında hələ 2019-cu ildə yolun tikintisi barədə məlumat yerşlədirilsə də, sakinlər bu yolun aqibəti barədə hələ də xəbərsizdirlər. Görülməyən işlər kifayət qədərdi:

Uzağa getməyək, elə Sabunçu rayonun Zabrat qəsəbəsini götürək. Yağıntı düşən kimi, qəsəbə daxili yollarda hərəkət etmək üçün qayıq axtarmalı olursan.

Və yaxud Binə qəsəbəsibdən danışaq. Kənd içi yollarda hərəkət etməyə adam min can istəyir ki, mənzil başına çata…

Xırdalan, Pirşağı, Binəqədi və s. və ilaxır. Bu siyahını o qədər artırmaq olar ki…

Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.

Qudanın gəmilərdən və tankerlərdən qazandığı aylıq vəsaitlər yüz minlərlə ölçülür…

Saleh Məmmədovun qudası “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev də zaman-zaman mətbuatın hədəfinə gəlsə də iş prinsipində dəyişiklik etmək fikrində olmadığını israrla nümayiş etdirir. Mətbuatda yer alan məlumatlara istinadən R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır.

R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar. Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir.

Bu şəxsin baş mühasib Müseyib Həmzəyevlə qurduğu işbirliyi də, olduqca sensasion məlumatları əldə etməyə imkan verir. Məsələ ilə bağlı, daxil olan başqa bir məlumatlarda isə vurğulanır ki, Qasımov soyadını daşıyan bu şəxs yaxın qohum-əqrəbasını “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”in sturuktur vahidlərində işlə təmin etdirməyi də unutmur.

Belə bir səbəbdəndir ki, hazırda yol istismarı idarələrində bu şəxsin qohum-əqrəbası daha çoxluq təşkil edirlər. Məsələn, Əflatun Qasımovun qohumlarından olan14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC-nə rəhbərlik edən Araz Bəndəliyev, adı çəkilən bu şəxsə arxalanaraq aparılan tikinti işlərinə lazımınca nəzarət etmir.

Belə bir səbəbdən də, həyata keçirilən tikinti işlərində ara-sıra faciəli hadisələr baş verir. Məsələn, söylənilənə görə bu gün14 №-li Xüsusi Təyinatlı Yol İstismar MMCtikiti işlərində çalışan şəxs texniki təhlükəsizlik qaydalarına əməl etmədiyindən yerə yıxılır və dünyasını dəyişir. Bu və buna bənzər hadisələr indiyi kimi bir neçə dəfə baş versə də,baş idarənin rəisiyaşanan faciələrə gözucu baxır. Çünki,Əflatun Qasımovun qudası, özünə “arxa-dayaq” hesab etdiyi Saleh Məmmədov hələ də vəzifə başındadır.Bəzi çevrələrdə isə belə bir söz-söhbət dolaşır ki,baş idarənin rəisiara-sıra “levı işlər”lə məşğul olmağı da imkan tapır. Bu haqda hər kəsə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq. (Cumhuriyyet.net)

RealMedia.az




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.