Ordubadda arıçılığa ayrılan subsidiyalar necə mənimsənilib? - Azər Zeynalovun “balyeyənliy”inin üstü açıldı

20-03-2023, 15:24           
Ordubadda arıçılığa ayrılan subsidiyalar necə mənimsənilib? -
Təqdim etdiyimiz siyahılara diqqətlə nəzər salsanız, görərsiniz ki, sənədlərin birində 58-ci "arıçı"dan 69-cu "arıcıya" qədər bütün fermerlərin qarşısında 121-190-a qədər yeşik yazılıb. Digər sənədlərdə də bənzər rəqəmlər təkrarlanır. Halbuki arıçılıqla məşğul olan fermerlər iddia edirlər ki, 100 yeşik arıya baxmaq belə imkansız səviyədə müşkül məsələdir və böyük ehtimalla bu sənədlərdəki rəqəmlər saxtalaşdırılıb.

TEREF.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində saxtalaşdırma faktı təsdiqlənib. Məlum olub ki, siyahıda adlarının qarşısına 100-dən böyük rəqəm yazılan "fermerlər" əslində Ordubadın "JEK"ındə, "Domxoz"unda işləyən sıravi işçilərdi. Əksəriyyəti də mədəniyyət "xadim"ləri. Onların adına saxta sənədlər yazıblar, mədəniyyət "xadimləri" isə qorxularından səslərin çıxarda bilməyiblər. Beləcə, külli miqdarda subsidiyalar mənimsənilib və Azər Zeynalov vasitəsilə "xan"a çatdırılıb.

Yeri gəlmişkən təqdim etdiyimiz siyahılar bu yaxınlarda işdən qovulan Ordubad rayon İcra başçısının öz vəzifəsindən uzaqlaşdırıldığının əsl səbəbini də izah edir.

İddialara görə, arıçılıq maxinasiyası təkcə Ordubad rayonunda baş verməyib. Naxçıvanın digər rayonlarının rəhbərləri də “balyeyənlik”də Ordubadlı həmkarlarından fərqlənməyiblər. Eyni maxinasiyaların süni mayalanma sahəsində də təkrarlandığı bildirilir. Belə çıxır ki, biz Naxçıvanın digər rayonlarının rəhbərlərinin də cəzalandırılacağı xəbərlərini eşidəcəyik.

Bəs, Azər Zeynalovun necə? Bütün cinayətlərin başında dayanan bu adam öz qurbanına çevirdiyi icra başçılarının yerinə yenilərini təyin etmək səlahiyyətini saxlayacaqmı? Nə yazıq ki, bu suala cavab vermək bizim səlahiyyətimiz daxilində deyil.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.