İSMAYILLININ İCRA BAŞÇISI NİYƏ QƏBUL GÜNLƏRİNƏ YOXA ÇIXIR? – TANINMIŞ ALİMİ BAŞÇISINI KİMLƏR NİFUZDAN SALIR?

9-04-2015, 15:22           
İSMAYILLININ İCRA BAŞÇISI NİYƏ QƏBUL GÜNLƏRİNƏ YOXA ÇIXIR? – TANINMIŞ ALİMİ BAŞÇISINI KİMLƏR NİFUZDAN SALIR?
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov rayonda rəsmi qəbul günləri yoxa çıxır. Redaksiyamıza daxil olan məlumata əsasən icra başçısı həftənin 1-ci günləri (bazar ertəsi) bəlli saatlarda qəbul vaxtı olmasına baxmayaraq qəbula yazılmış insanlarla görüşdən yayınır. Rayonun İvanovka, Talıstan, Baskal kəndlərindən olan vətəndaşlar saytımıza bildiriblər ki, icra başçısının qəbuluna yazılsalar da, onu tapa bilmirlər. Məlumatlara əsasən Mirdamət Sadıqov xəstəliyi ilə əlqədar işdə olmur.

Hətta redaksiyamıza müraciət edən vətəndaşlar deyir ki, icra başçısı İsmayıllınınLahıc qəsəbəsində anadan olsa da, ara-sıra orada özü üçün inşa etdirdiyi dəbdəbəli villasında aparılan tikinti işləri ilə tanış olmaq üçün gəlir. Lahıcdan olan yerli sakinlər həmkəndliləri olan Mirdamət Sadıqovla şəxsi təmaslar qura bilmədiklərindən gileylənirlər.

Onu da qeyd edək ki, hörməti alimin yaxın ətrafında bir qrup vəzifəli şəxsin onun ictimai nifuzdan salınması üçün çalışdığı da iddia edilir. Bu günlərdə mediada yayılan məlummatlarda Mirdamət Sadıqovun informasiya aldığı mənbələrin yüksək inzibati statusuünun olmadığından bəhs edilirdi. Müxbirimizə danışan İsmayıllıdakı mənbələrimiz iddia edir ki, M.Sadıqov rayondakı iri çinli məmurlarla hər hansı müzakirələr aparmır. Bunun nəticəsi olaraq da mütəmadi olaraq ölkə mediasında problemli rayon olaraq tanınır.

Qeyd edək ki, Mirdamət Sadıqov İsmayıllıda böyük ictimai nifuza sahib olan alim olduğuna görə kütləvi narazılıqları həll edə biləcək avtoritetli şəxs kimi təqdim olunurdu. Lakin deyəsən hörmətli alimin yan-.yrəsindəkilər onun illərlə elm və təhsil sahəsində qazandığı nifuzunu icra başçısı olaraq xərcləyib bitirməkdə qararlıdırlar. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.