Alman TV-si öz biznesini quran həmyerlimizdən reportaj hazırlayıb – VİDEO

1-04-2019, 07:47           
Alman TV-si öz biznesini quran həmyerlimizdən reportaj hazırlayıb – VİDEO
Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyanın məşhur “Pro 7” televiziyası öz kiçik biznesini quran həmyerlimiz İlkin Heydərovdan reportaj hazırlayıb. AzEuroNews.com xəbər verir ki, İ.Heydərov Köln şәhәrindә “Dad Bütche” kioskunun sahibidir.

Reportajda deyilir ki, İlkin Azərbaycanın Masallı rayonundandır. Amaniyada dostları onu İlkin Masallıski kimi tanıyır. Elə onun kioskunun üzərinə də “Mister Masallinskiy” sözləri yazılıb.


İlkin deyir ki, Bakıda ali təhsil alıb. Almaniyaya gələndən sonra Kölndə balaca bir kioskda fəaliyyətə başlayıb.

Reportajda müştəriləri İlkinin gülərüzlü və alıcılara yüksək xidmət etməsindən danışıblar. Hətta ətraf binlarda yaşayan almanlar ona o qədər etibar edirlər ki, harasa gedəndə öz evlərinin və avtomobillərinin açarlarını ona verirlər.

“Dat Bütche” İlkinin həm iş yeri, həm də evidir. Kölndəki digər kiosklar kimi “Dat Bütche” də əhaliyə 24 saat xidmət edir.

Məlumat üçün bildirək ki, bundan əvvəl İlkin Heydәrov haqda Almaniyanın dövlәt televiziyası olan “WDR” kanalı da reportajlar hazırlayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.