ABŞ daha bir dövləti terrora dəstək verən ölkələr siyahısına salmağa hazırlaşır

21-11-2018, 00:06           
ABŞ daha bir dövləti terrora dəstək verən ölkələr siyahısına salmağa hazırlaşır
Məlumata görə, ABŞ rəhbərliyi ilə müvafiq orqanlar arasında Venesuelanı terrora dəstək verən ölkələr siyahısına salmaq üçün yazışmaların aparıldığı iddia edilib
ABŞ hökumətinin Venesuelanı terrora dəstək verən ölkələr siyahısına salmağa hazırlaşdığı barədə fikir irəli sürülüb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ rəhbərliyi ilə müvafiq orqanlar arasında Venesuelanı terrora dəstək verən ölkələr siyahısına salmaq üçün yazışmaların aparıldığı iddia edilib.

ABŞ indiyədək terrora dəstək verən ölkələr siyahısına İran, Şimali Koreya, Sudan və Suriyanı daxil edib. Venesuela siyahıya salınarsa, iki ölkə arasında gərginliyin daha da artacağı deyilir.

ABŞ Dövlət Departamenti məsələ ilə bağlı hələlik açıqlama verməyib. Amerika mediasına danışan bəzi səlahiyyətlilər hələ ki, bu məsələdə bir qərarın verilmədiyini bildirib.

Qeyd edək ki, ABŞ hökuməti bundan öncə Venesuela prezidentinin həyat yoldaşı və yaxın ətrafı da daxil olmaqla bu ölkədəki bir çox şəxslərə sanksiya tətbiq edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.