ABŞ KXDR rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib

11-12-2018, 05:51           
ABŞ KXDR rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
ABŞ KXDR rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlər Koreya Xalq Ordusunun vitse-marşalı Çxve Ren Xeyə, dövlət təhlükəsizliyi naziri Çen Kyon Txekə və Təbliğat, Təşviqat Departamentinin direktoru Pak Qvan Xoya qarşı tətbiq olunub. Sanksiyaların senzura və insan haqları ilə əlaqədar olduğu qeyd edilir.

"Sanksiyalar söz azadlığına dəstəyi və bizim senzura sisteminə, insan haqlarının pozulmasına qarşı mövqeyimizi nümayiş etdirir", - deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Daha əvvəl məlum olub ki, ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.