“Öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla...” - Deputat

24-04-2019, 00:00           
“Öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla...” - Deputat
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu mövqe dəyişməz olaraq qalır. Dövlətimiz ya sülh, ya da hərbi yolla bu məsələni həll edəcək”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Azərbaycan bir sıra beynəlxalq təşilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, bəzi qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışır.

“Anti-Azərbaycan qüvvələr başqa-başqa fikirlər ortaya ataraq, xaricdə və daxildə ölkəmizə qarşı çalışan qüvvələr müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar. Bilirsiniz ki, ölkəmizdə mühüm islahatlar aparılır. Azərbaycanda həyata keçirilən islahatlar həmin qüvvələri narahat edir. Onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışırlar. Hətta öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla bunu da hakimiyyətin üzərinə atmağa çalışırlar”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.