Cənab Polad Bülbüloğlu konspektlərini dəyiş

26-04-2019, 12:57           
Cənab Polad Bülbüloğlu konspektlərini dəyiş
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq şəhərində keçirilən “Birlikdə qazanılmış böyük qələbə” 9-cu “Beynəlxalq Qaliblər Forumu” nda çıxışı zamanı bildirib ki, müharibədə hər 10 təyyarənin 8-i Bakı neftindən hazırlanan yanacaqla hərəkətə gətirilib. Eyni zamanda azərbaycanlılar şəxsi ehtiyatlarından müharibə ehtiyacları üçün 15 kilo qızıl, 952 kilo gümüş, 320 milyon manat pul veriblər. 1,6 milyondan çox müxtəlif mal, 125 vaqon isti geyim cəbhəyə göndərilmişdi. Bakı müəssisələri Leninqrada iki vaqon kürü, 40 ton quru meyvə, həmçinin dava-dərman və sarğı ləvazimatı göndərmişdi”.
Cənab Polad Bülbüloğlu daha belə danışmaq lazım deyil. Bu faktları sovet dövründə çap olunan, Berxinin , Mavrodinin kitablarından deyirsiz. Siz deməlisiz ki, Cənab Ruslar, baxmayaraq ki, SSRİ-nin qələbə gününü bayram edəndə bu barədə televiziyada məlumat verəndə Stepanakertdə Ermənilərin də Azərbaycan üzərində qələbəsindən xüsusi veriliş hazırlayırsınız biz Azərbaycanlılar müharibədə nəinki Rusların və Rusiyanın hətta “Dünyanın qədərini” dəyişmişik. Faktlara baxın...
- Baxın, Müharibəyə Azərbaycandan 681 min nəfər təqribən 700 min səfərbər olunub.
- Fransadan 600 min nəfər,
- Azərbaycandan gedən döyüşçülərin yarıdan çoxu həlak olub, təxminənm ABŞ-ın müharibədə itkisindən bir az çox,
- Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı 2 milyon 800 min nəfər idi, yəni ABŞ-ın bir ştatının əhalisi boyda,
- Azərbaycan tək Fransa, Yunanıstan, Albaniya, Norveç, Rumıniya, Macarıstan, Hollandiya, Danimarka və Belçikanın birlikdə müharibəyə çıxardığı hərbiçilər qədər döyüşlərdə əsgərlə iştirak etmişdir.
- 1941-ci ildən 1945-ci ilədək Azərbaycanda 75 milyon ton neft hasil edilmişdi. Müharibə illərindəki qiymətlərlə həmin çıxarılan neftin dəyəri 8 milyard dollardan çox təşkil edirdi. Neftin emalını da nəzərə aldıqda həmin məbləğ 20 milyard dollara yaxındır.
- Stalinqrad döyüşü, SSRİ-nin və dünya müharibəsinin taleyini həll etdi. Lakin Stalinqrad döyüşünün də taleyini Bakı nefti həll etmişdir.
- Əgər bütün bu eşalonu bir istiqamətdə dəmiryol xəttinə buraxsaq, o zaman onların uzunluğu 1245 km olar.
- 1943-cü ildə bakılılar cəbhəyə, xüsusilə də Kursk qövsündə mübarizə aparan orduya 5 min tondan çox müxtəlif neft məhsulları vermiş oldu – 2 milyondan çox sistern vaqonu ön cəbhəyə yola salındı”.
- Hər 5 təyyarədən, tankdan, avtomobildən 4-ü Bakının neft mədənlərindən çıxarılan və Bakının neft emalı zavodlarında istehsal edilən benzin və solyar yağı ilə təchiz edilirdi.
- Yəni elə bir şəhəri ki, bütün cəbhələri yanacaqla 80% təmin edərək sənaye istehsalının praktik olaraq bütün sahələrində - “Katyuşa”, “MiQ”lər və sualtı qayıqların istehsalı və təmirindən tutmuş strateji yüklərin nəql olunmasınadək öz töhfəsini vermiş olsun.
- müharibəyə dair bir çox faktlara bu gün tam aydınlıq gətirilməlidir iyulun 5-dən avqustun 23-dək (50 gün və gecə) müddətində “Odlu qövs”də 7173 vaqon döyüş sursatı (gün ərzində 150 vaqona yaxın), 155 min tondan çox yanacaq xərclənmişdi. Altı ay davam edən Stalinqrad döyüşündə çəkilən xərclər isə bu cürdür: döyüş sursatları - 9539 vaqon və ya gün ərzində 50 vaqon, yanacaq - 130 min tona yaxın”.
- Azərbaycan alimi Yusif Məmmədəliyevin əməyi sayəsində “B-78” markalı aviabenzinin istehsalı. “B-78” markalı aviabenzinin istehsalı həcmi 1940-cı illə müqayisədə 1944-cü ildə 2,7 dəfə artmışdı. 1941-ci ildən 1944-cü ilədək olan müddətdə Azərbaycan neft sənayesi ölkəyə bu növdən 1042 min ton yüksək keyfiyyətli benzin vermişdi.
- Amma Stalinqrad adına dünyanın çox ölkələrinə küçələr prospektlər var, Dünyaya bu qədər töhfə vermiş, Faşizmdən bəşəriyyətin xilasında və dünyanın taleyinin dəyişməsində bu qədər rol alan bir ölkə, şəhər xatırlanmır.
Rusiyadan da dünyadan da haqqımızı alnmalıyıq.
Cənab səfir konspektlərini dəyiş
Qelender Muxtarli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.