RUSİYADAN DOLLARA ZƏRBƏ - Mərkəzi Bankdan önəmli həmlə

11-05-2019, 17:47           
RUSİYADAN DOLLARA ZƏRBƏ - Mərkəzi Bankdan önəmli həmlə
Rusiya ötən il öz iqtisadiyyatında dolların rolunu xeyli aşağı salıb. Rusiya Mərkəzi Bankı 2018-ci ildə dollar ehtiyatlarını qızıla, Çinin pul vahidi olan yuan və avroya çevirib. Bu məlumat Rusiya Mərkəzi Bankının 2018-ci il ilə bağlı yaydığı hesabatda verilib.

Rusiyanın Mərkəzi Bankı 2018-ci ilin ikinci kvartalında öz valyuta ehtiyatlarında Amerika valyutasının payını iki dəfə, təqribən 100 milyard dollar (43,1%-dən 21,9%-ə qədər) azaldaraq, eyni zamanda demək olar ki, o qədər məbləği, yəni 108,6 milyard dolları avroya, yuana və iyenə çevirib.

Rusiya baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov, müddət əvvəl verdiyi açıqlamada ölkədəki neft və təbii qaz şirkətlərinin ödəmələrindəki dolların payını azaltmaq istiqamətindəki planlarını yaxın zamanda hökumətə təqdim edəcəyini bildirmişdi.

Dollardan imtina davam edəcək

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də Rusiya Maliyyə Nazirliyi ilə Rusiya Mərkəz Bankının ölkə iqtisadiyyarının “dollarsızlaşdırılması” üçün müəyyən addımlar atacağını bildirib.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.