İran bu tankeri buraxdı, öz gəmisini azad etdirdi

21-07-2019, 07:30           
İran bu tankeri buraxdı, öz gəmisini azad etdirdi
Ciddə limanında 30 apreldən bu vaxta qədər saxlanılan İran bayrağı altında üzən “Happiness 1” adlı neft tankeri azad edilib.

Axar.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Xəbərdə gəminin ölkəsinə doğru yola çıxdığı bildirilib.

Təxminən 3 aydır Ciddə limanında saxlanılan gəminin İranın İngiltərəyə aid neft tankerini saxlamasından dərhal sonra azad edilməsi diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, 30 apreldə sözügedən tankerdə texniki nasazlıq yarandığından təmir olunması üçün Səudiyyə Ərəbistanının Ciddə limanına aparılıb. İran Səudiyyə Ərəbistanına gəminin təmiri üçün 10 milyon dollar ödəmişdi. Səudiyyə Ərəbistanı gəminin azad edilməsi üçün İrandan gündəlik 200 min dollar tələb etsə də, Tehran bu tələblə razılaşmamışdı.

***
İran Hörmüz boğazında saxladığı Əlcəzairin neft və qaz istehsalçısı Sonatraç şirkətinə aid neft tankerini azad edib.

Şirkət ötən gün İran Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən gəminin bir neçə saatlıq saxlanıldığını, Tehran rəhbərliyi ilə aparılan danışıqlardan sonra tankerin sərbəst buraxıldığını açıqlayıb.

Gəminin Səudiyyə Ərəbistanına yola düşdüyü bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.