İlqar Məmmədovdan boykotçulara yeni ittiham – “İnsanları seçkidən küsdürürlər”

24-08-2019, 12:14           
İlqar Məmmədovdan boykotçulara yeni ittiham – “İnsanları seçkidən küsdürürlər”
Respublkaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov seçki mövzusunda növbəti qalmaqallı fikirlər səsləndirib.
“Yeni Sabah” xatırladır ki, bir müddətdir müxalifət düşərgəsində seçki mövzusunda gərgin müzakirələr gedir. REAL istənilən halda seçkidə iştirakın tərfədarı kimi şıxış edir.

Bu partiyanın rəhbərliyi düşünür ki, seçkidə iştirak ölkədə siyasi aktivlik yarada, vətəndaşların seçki prosesinə ciddi yanaşmasını şərtləndirə və müsbət dəyişikliklərin əsasın qoya bilər. Digər müxalif qüvvələr, xüsusilə Milli Şura hesab edir ki, indiki şərtlərlə seşkidə iştirak yaknız hakimiyyətin maraqlarına uyğundur.

Onların fikrincə, seçki qanunverciliyi demokratik prinsiplərə əsaslanmayıb və bu da seçkinin azad və ədalətli keçirələcəyinə şübhələri artırır. REAL-ın mövqeyini bölüşməyən müxalif qruplar indiyə qədər keçirilən seçkilərin xalqın iradəsinə zidd olduğu, növbəti seçkilərin əvvəlkilərindən fərqlənməyəcəyi qənaətindədir. Bütün bunlardan çıxış edərək onların boykot taktikasına üstünlük verir, seçkidə iştirak tərəfdarlarını isə hakimiyyətin oyununa qatılmaqda ittiham etməkdən çəkinmirlər.

İlqar Məmmədov da öz növsbəsində boykotçuları hakimiyyətin maraqlarının təminatçısı kimi qələmə verir.

O bu dəfəki yazısında iddia edib ki, müxalifətdəki rəqibləri hakimiyyətlə birgə xalqı “öyrənilmiş çarəsizlik sindiromuna” (insanı ətalətə sürükləyən psixoloji travma) yoluxdurmaqda ittiham edib. “Azərbaycan hakimiyyəti, bəlkə də xarici peşəkar məsləhətçilərinin tövsiyyəsi ilə öz seçki strategiyasında 26 ildir bu kimi bilgilərdən məharətlə istifadə edir.

Bir tərəfdən, seçkini saxtalaşdırır, yəni insanlara şok yaşadır, o biri tərəfdən isə insan kütləsini öz mövzuları ilə seçkidən küsdürəcək bir müxalifət bəsləyib-yaşadır. Həmin müxalifət, fəlakətli iqtisadi böhranın yoxluğunda qeyri-real və daha ağrılı görünən həll yollarından başqa heç nə təklif etməyəcək (“seçkini boykot edək, yüzminlərlə insan meydanlara çıxaq”).

Ara-sıra seçkyə qatılırlar da, amma qələbədən ötrü yox, öz dediklərini təsdiq etməkdən ötrü. 26 ilin nəticəsi bəllidir – xalqa aşılanan hiss: öyrənilmiş çarəsizlik”.

Odur ki, seçkyə necə olursa gedirik. Daha yüzminlərlə yox, milyonlarla. Saxtakarlıq cəhdi olsa, dinc, qanuni, demokratik qaydada haqqımızı qorumaq üçün yüzminlərlə meydanlara çıxırıq.

Yoxsa “Saxtakarlar və Boykotçular İttifaqı” millətimizə öyrənilmiş çarəsizlik halından çıxmağa imkan verməyəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.