Azərbaycan torpağında 150 siyasətçinin iştirakıyla “Artsaxın dostları” forumu keçiriləcək -SOS!..

9-10-2019, 08:51           
Azərbaycan torpağında 150 siyasətçinin iştirakıyla “Artsaxın dostları” forumu keçiriləcək -SOS!..
2 gündən sonra – oktyabrın 11-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində "Daşnaksütyun"un təşkilatçılığıyla “Sülh və ədalət naminə əməkdaşlıq” devizi altında üzdəniraq tədbir keçiriləcək.

Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, 30 ölkədən 150 siyasətçinin qatılacağı yığıncaq “Artsax dostları” forumu adlanır.

Konfransda iki mövzu müzakirə ediləcək:

1) "Artsax xalqı"nın öz müqəddəratını təyinetmə hüququ və sülh yolu ilə tənzimlənmə prosesi";

2) "Artsax"ı təcrid etmək üçün Azərbaycanın siyasətinə qarşı çıxmaqdan ötrü qondarma rejimin iqtisadi, mədəni və elmi-təhsil sahələrində beynəlxalq əlaqələrini genişləndirmək imkanları".

Ermənistan parlamentinin spikerinin və Avropa və ABŞ-dakı “Daşnaksütyun” və digər təşkilat nümayəndələrinin də çıxış edəcəyi Konfransda bəyannamə qəbul ediləcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.