ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib

16-11-2019, 04:24           
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Birləşmiş Ştatlar özünün Kubaya qarşı qara siyahısına ada dövlətinin silahlı qüvvələrinə aid olan beş mehmanxananı daxil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət katibi Maykl Pompeonun Dövlət Departamenti tərəfindən yayılmış bəyanatında deyilir.

"Bu gün mən Kuba üzrə qara siyahını yeniləmək qərarını elan edirəm. Kuba hərbçilərinə aid olan beş təşkilat hüquqi şəxslərin siyahısına daxil edilib, hansılarla ki, birbaşa maliyyə əməliyyatları, bir qayda olaraq qadağan edilib", - deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib.

Söhbət ölkənin paytaxtındakı bir mehmanxanadan gedir. Varadero kurort şəhərində bir, həmçinin Hardines-del-Rey arxipelaqında üç mehmanxana sanksiyalar siyahısına salınıb. Amerika xarici siyasət idarəsinin başçısının qərarı noyabrdan qüvvəyə minir.

Pompeo xatırladıb ki, noyabrın 16-da Kuba Havananın 500 illiyini bayram edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.