Estoniyanın DİN rəhbəri Finlandiyanın baş nazirini satıcı adlandırıb

16-12-2019, 06:44           
Estoniyanın DİN rəhbəri Finlandiyanın baş nazirini satıcı adlandırıb
Estoniyanın Dаxili İşlər Nazirliyinin (DİN) başçısı, Mühafizəkar Xalq Partiyasının sədri Mart Helme Finlandiyanın nəqliyyat və rabitə naziri olmuş Sanna Marinin baş nazir vəzifəsinə təyin olunmasına reaksiya verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə TRE "Raadio" radiostansiyası bildirib.

Məlumata görə, Estoniyanın DİN rəhbəri "satıcının baş nazir vəzifəsinə qədər ucaldığını" bildirib.

Onun fikrincə, belə təyinatdan sonra "saçlar biz-biz durur".

"Mən bununla əlaqədar olaraq Vladimir Ulyanov Leninin sözlərini xatırladardım ki, istənilən aşpaz nazir ola bilər və ya o belə ifadə edib", - deyə DİN rəhbəri qeyd edib.

Nazir hesab edir ki, beləliklə "satıcı baş nazir vəzifəsinə qədər qalxıb".

Həmçinin Helme "küçə aktivistlərinin və savadsız insanların" fin hökumətinin üzvü olmasına təəssüfünü ifadə edib.

Qeyd edək ki, Finlandiyada Sosial Demokrat Partiyasının sədri seçilən 34 yaşlı Sanna Marin solçu hökumət koalisiyasının rəhbəri olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.