Tovuz döyüşləri gedən zaman Rusiya hərbiçilərinin "mülkü aviasiyası" ermənilərə silahı belə daşıyıb...
15-08-2020, 15:31
Tovuzda döyüşlər gedən günlərdə Rusiya hərbi nəqliyyat təyyarələri Ermənistana müasir silahlar daşıyırdı. Ümumilikdə, mövcud məlumatlara görə, yeddi uçuş olub: 2 uçuş - 17 iyulda, döyüşlər arasında, hər biri bir uçuş - 18, 20, 27, 29 və 4 avqustda. Rusiya İl-76-ları Rostov - Minvody - Aktau-Türkmənbaşı - Nuşher - Rəşt - Meğri - İrəvan marşrutu ilə uçurdular. Bu marşrutun uzunluğu 2000 km-dən çox, uçuş müddəti 3 saat 30 dəqiqədir. Əlbəttə ki, birbaşa Gürcüstan ərazisindən keçmək daha asan, daha rahat və daha sürətli olardı - bu halda marşrutun uzunluğu 500 kilometr,uçuş müddəti 1 saat olardı. Lakin rəsmi Tiflis prinsipial və ləyaqətli mövqe tutdu - siyasi iradə və məsuliyyət nümayiş etdirərək, Rusiya hərbiçilərinin "mülkü aviasiyasının" keçməsinə icazə vermədi. Beləliklə, İL-76 böyük dairə çızmalı və Qazaxıstan, Türkmənistan və İran hava məkanları ilə uçmalı oldu. Teref.az