“Rusiya Ukraynaya nüvə zərbəsi endirsə, ABŞ birbaşa müharibəyə girəcək” – Arestoviç

22-09-2022, 18:51           
“Rusiya Ukraynaya nüvə zərbəsi endirsə, ABŞ birbaşa müharibəyə girəcək” – Arestoviç
“Əgər Rusiya Ukrayna ərazisinə nüvə zərbəsi endirsə, bu, Qərb ölkələrinin reaksiyasına səbəb olacaq, xüsusən də ABŞ müharibəyə tam girə bilər”.

Sozcu.az xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç bu barədə rusiyalı jurnalist Yuliya Latınina müsahibəsində danışıb.
Aretoviçin sözlərinə görə, Rusiyanın nüvə silahını sınaqdan keçirməsi ehtimalı artıb, lakin bu, çətin ki, genişmiqyaslı nüvə müharibəsinə çevrilsin.

“O, bu səfərbərliyi elan etdikdən sonra, açığı, nüvə silahından istifadə ehtimalı artdı. NATO belə düşünür, amerikalılar da bunu ciddi qəbul edirlər. Amma bu, onun əldə edəcəyi son şeydir. Mən ümumi nəticəyə inanmıram. Nüvə müharibəsi yox, nüvə silahının bir dəfəlik istifadənin qarşısını almaq üçün savaş olacaq”.

Onun sözlərinə görə, Rusiyanın taktiki nüvə silahından istifadə etməsi Ukrayna hərbçilərini dayandırmayacaq və ya qorxutmayacaq, əksinə onları daha da qəzəbləndirəcək və motivasiya edəcək.

“Qorxmasaq nə olacaq? Təsəvvür edək ki, biz irəliləyirik, hansısa Ukrayna briqadasına nüvə silahı atırlar. Təbii ki, bizim böyük itkilərimiz olacaq. Qalanları isə bunu görüb daha da irəliyə gedəcəklər. Biz daha qəzəbli mübarizə aparacağıq”.

Aretoviç hesab edir ki, bir neçə nüvə başlığından istifadə artıq tam nüvə müharibəsi demək olacaq.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.