Müharibənin Tədqiqi İnstitutu: “Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər”

19-03-2023, 11:31           
Müharibənin Tədqiqi İnstitutu:
Serbiyanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişib.

Prezident Aleksandr Vuçiçin Rusiyaya qarşı Avropa sanksiyalarını tətbiq etməkdən imtina etməsi çətin iqtisadi vəziyyətə gətirib çıxarıb.

Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilib.

Vuçiç Serbiyanın Rusiyaya qarşı Avropa sanksiyaları tətbiq etməyəcəyinə dair söz verməkdən imtina edib.
“Mən nə zaman ümidsiz vəziyyətdə olduğumuzu və nə zaman siyasəti dəyişməli olduğumuzu daha yaxşı bilirəm”, - deyə o qeyd edib.

Serbiyanın İqtisadiyyat naziri Rade Basta isə hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O bəyan edib ki, Serbiyanın martın 14-də bunu etməməsi ölkəyə “baha başa gəlib”.

Mənbə: RBC-Ukrayna












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru