Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib

22-09-2018, 07:16           
Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib
Fransa prezidenti Emmanuel Makronla Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfax.ru" məlumat yayıb.

Yelisey Sarayından yayılan rəsmi məlumatda bildirilir ki, danışıqların gedişində fələstinlilərlə İsrail arasında dialoqun yenilənməsi təklif edilib.

"Prezident Fransanın fələstinlilərlə israillilər arasında dialoqun yenilənməsinə tam sadiqliyini xatırladıb", - deyə rəsmi məlumatda – kommunikedə qeyd edilir.

Məlumatda həmçinin göstərilir ki, Makron Abbası bu vəziyyəti yaxşılaşdırmaq üçün rəsmi Parisin aktiv diplomatik səylərə can atdığına əmin edib. O, bir daha qeyd edib ki, iki dövlətin birgə mövcudluğu Fransa üçün yeganə məqbul variantdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.