“Azərişıq” sayğacı baş-ayaq quraşdırdı - Video

24-03-2019, 23:00           
“Azərişıq” sayğacı baş-ayaq quraşdırdı - Video
Qubada elektrik sayğacı “başıaşağı” quraşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu qeyri-adi sayğac həmin küçədən keçən hər kəsin diqqətini cəlb edir. Rayonun İqrıq kəndində yaşayan Mübariz Abdullayevin evinə elektrik sayğacını Quba Rayon Elektrik Şəbəkəsinin (REŞ) mütəxəssisləri quraşdırıb.

Sayğacadək olan naqillər elektrik dirəyi əvəzinə taxta parçasına bərkidilib və “baş-ayaq” dayanmış sayağaca ötürülüb.

İndi ev sahibi hər dəfə sayğaca baxmaq istəyəndə boynunu ən az 90 dərəcə sağa və ya sola əymək məcburiyyətində qalır.

Hələ bu azmış kimi, "mütəxəssislər" elektrik dirəyini darvazanın düz ortasında bastırıblar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.