Ağcabədidə Laçından olan qaçqın ailəsi yağış suyunda boğulur

25-04-2019, 08:40           
Ağcabədidə Laçından olan qaçqın ailəsi yağış suyunda boğulur
Ağcabədi rayonunda məcburi köçkünlər qayğı və diqqətdən kənar qalması adi hal alıb.

Bu haqda Laçın rayonun Qarakeçdi kəndindən olan, və adı çəkilən obada məskunlaşan məcburi köçkün Həsənova Ruquyə Rəfi qızının Müstəqil.Az-a ünvanlanan ürək ağrıdan məktubu deyilir.

Redaksiyanın eleltron poçtuna ünvanlanan məktubda məcburi köçkün ailəsinin qarşılaşdığı problemi əks etdirən fotolar da yer alıb.

Ruquyə Rəfi qızının məktubunda deyilir:

“Ağcabədi ərazisindəki Laçın rayon Qarakeçdi obasındakı evimizdir. Şəkillərdən göründüyü kimi bu evdə yaşamaq mümkün deyil. İkinci qrup əlil olan qadınam. Övladım Nicatla birlikdə yaşayıram. Oğlum dəfələrlə
bu məsələ ilə bağlı rayon icra hakimiyyətinə və digər aidiyyatı orqanlara müraciət edib, lakin heç bir tədbir görülməyib.”

Ruquyə Rəfi qızı məktubunda qeyd edir ki, aramsız yağan yağışlar obadakı sığınacaqlarını yarasız hala salıb. Bir tövlələri tamamı ilə dağılıb. Yaşadıqları koma suyun içindədir. Təsərrüfatlarına xeyli zityan dəyib. 200 ədəddən çox ot tayları məhv olub. 70 dən çox toyuq cücə tələf olub. iri və xırda bunuzlu heyvanlarını başqa yerdə məskunlaçşan digər oğlunun məskunlaşdığı yerə göndərib. Yaşamaq mümkün deyil.
Rayon rəhbərliyinin laqeydliyindən narazı qalan ailə Respublikanın səlahiyyət sahiblərindən kömək istəyir:

Biz Prezidentimizə, onun apardığı siyasətə inanır və güvənirik. Lakin onun yerlərdə olan nümayəndələri xalqın qeydinə qalıb, problemini həll etməkdənsə, özlərinin şəxsi maraqlarının əsiri olublar, məktubda belə deyilir.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.