“Tofiq Heydərov ədalətli hakimdirsə…” – Baş redaktor hakimi nədə ittiham edir?

2-07-2019, 12:40           
“Tofiq Heydərov ədalətli hakimdirsə…” – Baş redaktor hakimi nədə ittiham edir?
Riyaziyyatda məlum təkzibolunmaz aksiomlar var. Məsələn, sıfra bölmək olmaz. Yaxud, “1” rəqəmini kvadrata, kuba da yüksəltsən, hansı dərəcə altında kök də almağa çalışsan, nəticə elə “1” eləyəcək. Hüquq elmi dəqiq elm deyil, humantar elm sayılsa da, onun da öz aksiomları var. Bəlli nəticəyə aparan yolu uzatmaqla, insanları get-gələ salmaq, vaxt, enerji, vəsait itkisinə məruz qoymaq ədalət mühakiməsini həyata keçirmək vəzifəsini daşıyan şəxsə əsla başucalığı gətirməz.

RealMedia.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu Qurbanovun iddiasını təmin edən Füzuli rayon Məhkəməsi 27.06.2018-ci tarixdə çıxardığı qərara əsasən onun “Sirena” MMC-dən lizinq yolu ilə əldə etdiyi 1 ədəd MG markalı 99 AG 275 dövlət qeydiyyat nişanlı avtomobilin və hazırki vəziyyətdə 8676 manat pulun borclu ( R.Qurbanovdan avtomobili 2017-ci ilin may ayında satın alan cavabdeh) İsmayılov Əvəz Novruz oğlundan alınıb tələbkar Qurbanov Ramin Məhəmmədoğluna verilməsi təmin edilmişdir. Peşəkar jurnalist keyfiyyətlərindən istifadə edərək özü araşdırma aparan Ramin Məhəmmədoğlu axtarışda olan avtomobilinin Gürcüstan nömrəsi altında idarə olunduğunu və Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində gizlədildiyini öyrənib Füzuli rayon İcra Şöbəsinə xəbər verəndən sonra İcra Şöbəsi öz növbəsində bu barədə Beyləqan rayon Polis Şöbəsinə məktub göndərmişdi.

Azərbaycan Respublikasının adından çıxan Qərarların icrası Məcburidir və bu yalnız Yuxarı Məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, Məhkəmə Qərarlarını icra etməməyə və Məhməkə Qərarlarının icrasına mane olmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq Maddələrinə əsasən Məsuliyyət nəzərdə tutulub.

Füzuli rayon məhkəməsiniun məlum qərarından sonra Əvəz İsmayılovun öhdəçiliyi yerinə yetirməsi üçün Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra hərəkətləri həyata keçirilir. Dəfələrlə ona öhdəliyini könüllü icra etməsi üçün evinə məktub göndərilir. Bu tədbirlər nəticə vermir, sonucda barəsində rəsmi axtarış elan olunur. Nəhayət tapılır, Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlib izahat yazır ki, öhdəçiliyi yerinə yetirməyəcək. Bundan sonra Füzuli rayon məhkəməsi 14 fevral 2019-cu il tarixdə onun barəsində polisə məcburi gətirilmə qərarı çıxarır. Mayın 21-də Ə.İsmayılov polislə məcburi gətirilir və öhdəçiliyinin pulla bağlı hissəsini yerinə yetirmədiyinə görə ona 10 sutka inzibati həbs tətbiq olunur. Həbsdən çıxdığı günün ertəsi – iyunun 1-də Füzuli rayon məhkəməsinin 2017-ci ildə çıxardığı məlum qərardan apelyasiya şikayəti verməsi üçün müddətin bərpa edilməsi tələbini qaldırır. Halbuki sözügedən mülki iş üzrə Füzuli rayon məhkəməsində keçirilən prosesdə özü ərizə yazaraq avtomobilin onda olduğunu və istifadə etdiyi müddətdə R.Qurbanovun göstərilən məbləğdə borcu yarandığını öz dəsti-xətti ilə yazılı surətdə etiraf etmiş, ona qarşı irəli sürülən iddianı qəbul etmişdir. Füzuli rayon məhkəməsi haqlı olaraq onun şikayət verməsi üçün ötürülmüş müddətin bərpası tələbinin təmin edilməməsi barədə qərar çıxarır. İsmayılov bu dəfə həmin qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verir. Hazırda işə Şirvan Apellyasiya Məhkəməsində baxılır.

Jurnalist bildirir ki, Şirvan Apellyasiya Məhkəməsinin məsələ ilə bağlı keçən həftə baş tutan ilk iclasında qarşı tərəfin iddiasının əsassız olduğunu təsdiqləyən sübutlar ortaya qoymuş, ortada artıq mübahisəyə yer qalmadığını bildirərək hakimdən iddianın əsasız olduğunu və təmin edilməməsini xahiş etmişdir. R.Məhəmmədoğlunun məyusluğuna səbəb Şirvan Apelyasiya Məhkəməsinin hakiminin sonu bəlli olan işi uzatmaq niyyətində olduğunu müşahidə etməsidir: “Maraqlıdır ki, hakim Tofiq Heydərov iddianın əsassız olduğunu görüb də, məhz niyə prosesi növbəti həftəyə təyin edir ki? Bəlkə onun Füzuli rayon Məhkəməsinin sədri Məhəmməd Bağırovla arasının soyuq olmasına dair gəzən söhbətlər həqiqətdir? Bəlkə bu məsələ ona fürsət verib ki, Bağırovun imzası olan qərarı geri çevirməklə özünün hansı iqtidarda olduğunu xatırlatsın? Əgər belədirsə, demək, T.Heydərov nəyin bahasına olur-olsun, işi apelyasiya baxışına qaytarmaq istəyir ki, bu da süründürməçilikdən başqa bir şey deyil.

Məsələ ilə bağlı hakimində mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.