Bakıda turistlərə 6340 manatlıq hesab verdilər FOTOFAKT

24-08-2019, 12:33           
Bakıda turistlərə 6340 manatlıq hesab verdilər FOTOFAKT
Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub.

Teref.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb.

Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər.

Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.