“Bəzi məmurlar universitetlərdə kafedraları zəbt edib” –YAP Siyasi Şurasının üzvü

4-11-2019, 16:31           
“Bəzi məmurlar universitetlərdə kafedraları zəbt edib” –YAP Siyasi Şurasının üzvü
YAP Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev sosial şəbəkələrdəki hesabında universitetlərdəki “məmur kaprizlərindən” gileylənən status paylaşıb.
Gununsesi.org həmin statusu sizə təqdim edir:
“Mən həlli önəmli olan məsələni sizinlə bölüşmək istəyirəm. Heç kəsə sirr deyil ki, bir sıra yüksək səlahiyyətli məmurlar ayrı-ayrı təhsil oacqlarında özlərinə kafedralar açıblar. Hamıya da məlumdur ki, onlar həmin kafedraların qapısını belə tanımırlar, auditoriyalara ayaq basmırlar. Elə isə çox böyük sual yaranır: Həmin kafedraları işğal altında saxlamaq nəyə xidmət edir? Gəlin, obyektiv düşünək. Belə şəraitdə təhsildə hansı islahatları aparmaq olar? Mən hesab edirəm ki, bu problem öz həllini tapmalıdır. Təhsil müəssisələrimizi və elmimizi məmur kaprizlərindən xilas etməyin tam zamanıdır!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.