Daha bir həkim rüşvət tələb etdi – “Mənə 5 manat verin, 2 manat da qan analizi üçün ödəyərsiniz” - VİDEO

22-01-2020, 09:29           
Daha bir həkim rüşvət tələb etdi – “Mənə 5 manat verin, 2 manat da qan analizi üçün ödəyərsiniz” - VİDEO
Salyan Rayon Mərkəzi Xəstəxanasında həkimlərdən birinin rüşvət tələb etməsi videoya çəkilib.

Pravda.az-ın xəbərinə görə, həkim pasiyentdən pul tələb edir.

“Rentgen 10 manatdır, heç olmazsa, 50 faizini ödəyin. Hamısını istəmirəm ki... 5 manat verin, 2 manat da qan analizinə verərsiniz. Həkim pulla deyil, xanım. Baxın, aparat dünən xarab olub, 300 manat ödəyib düzəltdirmişəm. Bunu öz cibimin pulu ilə etmişəm” – Həkim bildirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.