İnsanları evə qapatmaqla olmaz bu iş...

4-06-2020, 02:16           
İnsanları evə qapatmaqla olmaz bu iş...
Vətəndaş maska və əlcəyin özünü qorumaq üçün lazım olduğunu qəbul etməsə, heç nə düzəlməyəcək...



Şənbə-bazar küçəyə çıxma qadağası gətirmək istəyirlər (Türkiyə variantı). Mənasız, effekti olmayan qərar olacaq. Görünən odur ki, hökumətin ciddi planı-proqramı yoxdur, ətraf ölkələrə baxırlar, nə görürlərsə, onu da tədbiq etməyə çalışırlar.


Virusla mübarizədə ən effektiv üsul insanların özlərinin bu bəlaya inanması, vətəndaşların özlərini qorumaq istəməsidir. Bunun üçün iki vacib amil olmalıdı: Vətəndaşların hökumətə inamı və yüksək təhsil sistemi.


Hər iki məsələdə sinifdə qalmışıq - camaat maska taxmaq istəmir, virusa da, hökumətə də inanmır, hökumətin hər addımında özünə qarşı tələ axtarır. Dünyanın hər yerində maska taxmamağa görə cəza var - bizdə həmən Əbdül kişi qarnını qabağa verib, "əşşşi hamısı cibimizi güdür", Əfqan dayı, "yox e, büdcəni doldurmaq istəyirlər cərimə ilə, nə virus ala", deyir. Bəzi sorumsuz, məsuliyyətsiz siyasi, ictimai xadimlər də bu fikrin yayılmasında rol alırlar. Bütün əhalini 50 manat cərimə etsələr belə bu cəmi 500 mln. manat edir - bu pulla büdcə dolar?!


Nə isə, ağır durumdur, amma insanları evə qapatmaqla bu iş olmayacaq. Vətəndaşlarla işləmək, TV-lərdə səy-səy verlişlər yaymaqdansa, təbliğat xarakterli söhbətlər aparmaq lazımdır. Vətəndaş maska və əlcəyin özünü qorumaq üçün lazım olduğunu, sosial məsafənin qorunma tədbiri olduğunu qəbul etməsə, heç nə düzəlməyəcək...


P.S. Bir nəfər yazmışdı ki, Gəncədə bankların birinin qarşıdında içəridən çıxan maskasını növbədə dayanan, maskası olmayan vətəndaşa verir ki, onu da içəri buraxsınlar...
Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.