Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda - Prezidentə müraciət

3-08-2020, 15:50           
Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda - Prezidentə müraciət


Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda - Prezidentə müraciət
Tarix: Bu gün, 14:33 | Çap et
Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda
İsmayıllı rayonu, İvanovka kənd sakinləri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Rusiyanın ölkəmizdəki səfiri Boçarnikov Mixail Nikolayeviçə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müraciət ünvanlayıblar.

Sakinlərin "BakuPost"a təqdim etdiyi yazılı və video müraciətdə bildirilir ki, kəndin əkinə yararlı torpaq sahələri və kolxoza məxsus yüzlərlə mal-qara 2-3 nəfər tərəfindən mənimsənilib. Hətta bu şəxslər suvarmada çətinlik çəkdikdə, əkinlərini İsmayıllı rayonunun yanğınsöndürmə maşınlarında daşıdıqları su ilə suvarırlar.

Həm yazılı, həm də video müraciəti olduğu kimi təqdim edirik:
"Hörmətli cənab Prezident!
Hörmətli Birinci vitse-prezident Mehriban xanım!
Hörmətli səfir və dövlət numayəndələri!
Dövlətimizin rəhbərliyinin gördüyü işlər yüzillikləri hədəf götürmüş, tək Azərbaycan Respublikası üçün deyil, həmçinin ümumi region üçün görülmüş mühüm işlərdir. Nümayiş etdirilən konstruktiv siyasi bacarıqların nəticəsidir ki, Azərbaycan bu gün Şərqin tarixi, mədəni irsini özündə əks etdirən, bununla bərabər, müasir dünyanın bütün tələblərinə uyğun olan, dünyada makroiqtisadi göstəriciləri yüksək olan, möhtəşəm hərbi qüvvəyə malik və ən əsası daim inkişafda olan tolerant, qüdrətli bir dövlətə çevrilmişdir.

Sovet hökuməti dağıldıqdan sonra mərhum liderimiz Heydər Əliyevin dəstəyi və təkidi ilə ölkəni tərk etməkdən hamılıqla imtina edən İsmayıllı rayonunun İvanovka kəndinin rus milliyətli sakinləri Cənab Prezidentimiz İlham Əliyevin diqqətindən də heç bir zaman kənarda qalmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi razılığı ilə ölkədə saxlanılan yeganə kolxoz olan Nikitin adına kolxoz üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kolxozun 2009-cu ildə aldığı texnika və 96 baş iribuynuzlu heyvana görə olan 782.000 manat məbləğındə borcu ilə bağlı qayğıları da artıq geridə qalmışdır. Məhz dövlət başçımızın sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan olunduğu 2015-ci ildə İvanovka kəndinə məxsus borclar bütünlüklə silinmişdir.

Dövlətimizin verdiyi dəstəklər və göstərdiyi qayğılar bəzi dələduzluqla məşğul olan şəxslərin İvanovka kəndini, kəndin yüksək məhsuldarlı torpaqlarını, kolxoza məxsus heyvanları və texnikaları maraq dairəsinə çevirmişdir. 2019-cu ildə Nikitin Kolxozunun sədri Vasili İvanoviç Navaselcin kolxoza heç bir aidiyyatı olamayan Əliyev Vidadi Qəşəm oğlunu və Quliyev Tahir Mürşüd oğlunu İvanovkaya gətirərək Nikitin adına kolxozun 4000 hektardan çox əkin sahələrini kolxozun işçi və texnika qüvvələri hesabına əkib-becərmiş, hazırda becərilən məhsuldan yüksək gəlir əldə etməklə bütün gəliri mənimsəyirlər. Artıq aylardır ki, İvanovka kolxozunda maaşlar verilmir, kolxozun sədri Vasili İvanoviçi ələ alan Əliyev Vidadi Qəşəm oğlu və Quliyev Tahir Mürşüd oğlu kolxozun torpaqlarını razılıq olmadan hədə-qorxu yolu ilə istifadə etməklə yanaşı, kolxoza məxsus yüzlərlə iri və xırda buynuzlu kənd təsərrüfatı heyvanlarını mənimsəmişlər.

Bu barədə dəfələrlə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına müraciət etsək də, qeyd olunan şəxslərin İcra Hakimiyyəti ilə olan yaxınlığı səbəbindən şikayətlərimizə baxılmamış, əksinə çiddi etiraz edən kolxoz üzvləri həbsə salınaraq digər sakinlərin susdurulmasına çalışılmışdır. Bizlərə sonradan məlum olmuşdur ki, Əliyev Vidadi və Quliyev Tahir əvvəllər də dələduzluq və başqa cinayətlərdən həbsdə olmuş, hazırda da eyni əməllərə görə barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılmışdır.

Kolxozumuza bu günə qədər göstərilən dövlət qayğısı fonunda Əliyev Vidadi və Quliyev Tahir kimi dələduz şəxslərin və onları himayə edən icra strukturunun rəhbərlərinin əməlləri təkcə İvanovka kəndinin rus etnik qrupuna məxsus sakinlərinə qarşı deyil, həmçinin Azərbaycan dövlətinin siyasi iradəsinə zidd əməllər kimi qiymətləndirilməsini, bu çirkin əməllərin ciddi şəkildə araşdırılmasını və qeyd olunan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə lazimi tədbirlərin görülməsini Sizlərdən xahiş edirik".


İsmayıllı rayon İcra Hakimiyyətindən "BakuPost"a bildirildi ki, iş günü olmadığından məsələ ilə bağlı açıqlama verə bilmirlər. Şikayət araşdırıldıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

***
"İvanovka kənd sakinlərinin şikayətinin heç bir əsası yoxdur".

Bunu “BakuPost”a açıqlamasında İsmayıllı rayonunun icra başçısının köməkçisi Cəfər Qarayev bildirib. Onun sözlərinə görə, bu qərəzli, böhtan xarakterli çıxışdır:

"Adıçəkilən şəxslərin hər ikisi iş adamıdır. Əslində İvanovka kəndindəki kolxoz uzun müddət idi ki, dağılma ərəfəsində idi. Lakin yeni icra başçısının təyinatından sonra malakanaların kəndi tərk etməməsi üçün kolxoza diqqət daha da artırılıb, yeni texnika ilə təmin edilib".

C.Qarayev qeyd edib ki, kənddə malakanlardan başqa xalqların da nümayəndələri yaşayırlar:

Əsassız şikayətin də müəllifi məhz onlardır. İstəyirlər ki, kənddən malakanları sıxışdırıb çıxarsınlar. Hətta bəzi şəxslər ictimai asayişi pozmağa cəhd etdikləri üçün bir müddət öncə inzibati həbs cəzası da almışdılar. Biz indi kənddəki gənclərin də oranı tərk etməsinin qarşısını almaq üçün tədbirlər görürük. Ən qısa zamanda kəndin məşhur diskotekası və s. əyləncə məkanlarının bərpası da nəzərdə tutulub”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.