"BakuBus" MMC-nin deposuna mediatur təşkil olunub - FOTO

16-09-2020, 05:43           
"BakuBus" MMC-nin deposuna mediatur təşkil olunub - FOTO
"BakuBus" MMC-yə məxsus avtobusların deposuna gecə saat 00:00-da mediatur təşkil olunub.

APA xəbər verir ki, gecə saatlarında texniki heyəti 100 nəfərdən artıq olan depoda hər bir avtobus əvvəlcə qaraja daxil olmadan yoxlanılır. Avtobusun salonunda sərnişinlərə məxsus hər hansı bir əşya tapılarsa, müvafiq məntəqəyə təhvil verilir.

Daha sonra ictimai nəqliyyat vasitəsi daxili sürücüyə təhvil verilir. Sürücü avtobusun mövcud vəziyyətini yoxlamaq üçün qaraj daxilində müvafiq akt əsasında yoxlama sürüşü edir. Nasazlıq aşkarlandığı təqdirdə nəqliyyat vasitəsi təmir mərkəzinə təhvil verilir. Mərkəzdə "Iveco" şirkətinin mütəxəssisləri tərəfindən təlim görmüş ustalar sözügedən nasazlığı aradan qaldırmaqla məşğul olurlar. Əgər avtobus xəttə çıxa bilmədiyi təqdirdə, rezerv nəqliyyat vasitəsindən istifadə edilir.

Bu işlərin ardınca avtobuslar avtoyumaya təhvil verilir. Mövcud vəziyyətə uyğun olaraq avtobuslarda əvvəlcə dezinfeksiya işləri aparılır və sonra yuyulur.

"Iveco" şirkətinə məxsus avtobuslarin ötən ay ərzində iki dəfə yanması məsələsinə gəlincə, BNA-nın rəsmisi Mais Ağayev bildirib ki, problem istehsalçı xətası olduğu ehtimal edilir. Buna görə də "Iveco" şirkətinin mütəxəssisləri Bakıya dəvət olunub.

шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.