51 milyona başa gələn parkda eskalatorlar yenə işləmir - FOTO

23-09-2020, 12:41           
51 milyona başa gələn parkda eskalatorlar yenə işləmir - FOTO
Bakının mərkəzindəki əsas istirahət yerlərindən biri olan və 51 milyon manata başa gəldiyi deyilən “Qış park”ında eskalatorlar yenə işləmir.

Cebhe.info xəbər verir ki, park ərazisindəki eskalatorların heç biri işləmədiyindən şəhər sakinləri alternativ pilləkənlərdən istifadə etmək məcburiyyətindədir. Nəzərə alsaq ki, eskalatorlar sensorludur, yəni ancaq təmas zamanı hərəkətə gəlir, o zaman onların işləməməsinin əlavə enerji sərfiyyatının qarşısını almaq məqsədi daşıdığını söyləmək olmaz.

Müşahidələr göstərib ki, Heydər Əliyev Sarayının ətrafındakı eskalatorlar da işlək vəziyyərdə deyil. Sarayın qarşısındakı və arxasındakı 4 eskalatordan ancaq ikisi işləyir.

Milyonlarla vəsait xərclənən və sakinlərin istirahəti üçün bütün şəraitin yaradıldığı deyilən parkda yeraltı keçidlərdəki eskalatorların işləməməsi aidiyyəti qurumların məsələni diqqətsiz qoyduğundan xəbər verir. Ən azından sərt karantin dönəmində, parklara giriş-çıxışın bağlı olduğu zamanlarda eskalatorlara texniki baxış keçirmək və təmir etmək mümkün idi.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.