Vurğun Əyyub - 63

25-10-2020, 09:30           
Vurğun Əyyub - 63
Teref.az yazır ki, bu gün rəhmətlik Vurğun Əyyub yaşasa idi 63 yaşı olardı!
Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub.

1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.

1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.

15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub. 2001-ci ilin may ayında keçirilən 6-cı qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və Müsavat başqanının 1-ci müavini təyin edilib.

2007-ci ilin martında fəaliyyətə başlamış "Paralel" Gündəlik Elektron Qəzetinin redaksiya heyətinin üzvü olub.

Uzun sürən xəstəlikdən sonra 24 sentyabr 2019-cu ildə vəfat edib.
Ruhu şad olsun!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru