Asiyanın məşhur kurort ölkəsi turistlərə “qızıl viza”lar verəcək

31-05-2023, 12:18           
Asiyanın məşhur kurort ölkəsi turistlərə “qızıl viza”lar verəcək
İndoneziya hakimiyyəti turistlərə “qızıl viza”lar verəcək.

Müvafiq addım ölkəyə keyfiyyətli turistlərin cəlb edilməsi məqsədi daşıyır.

Belə bir təşəbbüslə Asiyanın məşhur kurort ölkəsinin turizm və kreativ iqtisadiyyat naziri Sandiaqa Uno çıxış edib.

İndoneziyanın turizm departamentinin rəhbərinin sözlərinə görə, proqram artıq son hazırlıq mərhələsindədir. “Yaxın bir neçə həftə ərzində proqram işə salınacaq”, - deyə o qeyd edib. Sandiaqa Uno bildirib ki, “qızıl viza” turistlərə beş ildən on ilədək müddətə veriləcək. Vizanı əldə etmək istəyən əcnəbilər bir sıra tələblərə cavab verməli olacaqlar ki, bunların sırasında kifayət qədər pul ehtiyatına malik olmaq da var.

İndoneziyalı nazir əmindir ki, vizaların bu proqram üzrə verilməsi ölkəyə etibarlı turistlər cəlb edəcək. Həmçinin xarici investorlar da “qızıl viza”dan istifadə edə biləcəklər.

Mənbə: MK.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.