Qız övladı olanları dəhşətə gətirəcək sosial eksperiment - VİDEO

28-08-2015, 13:07           
Qız övladı olanları dəhşətə gətirəcək sosial eksperiment - VİDEO
Sosial eksperimentin nəticəsinə uyğun olaraq deyə bilərik ki, mövcud zamanda yeniyetmə qız və oğlan uşaqlarının valideynin nəzarəti olmadan sosial şəbəkələrdən istifadə etməsi nəyin ki, təhlükəli, hətta yolverilməzdir.

ABŞ-da yaşayan gənc bloggerlərdən biri sosial şəbəkələrin gənc və yeniyetmə qızların həyatı üçün hansı təhlükələr yaradaca biləcəyi ilə bağlı maraqlı eksperiment keçirib. Belə ki, o ilk öncə özünə yaraşıqlı oğlan şəkil ilə saxta profil açıb və bundan sonra bir neçə yeniyetmə qızla tanış olmağa başlayıb. İnterAz xəbər verir ki, dialoq zamanı qızların hər birinin könlünü sözün əsl mənasında aldıqdan sonra, onlara görüş təyin edib. Görüşdən öncə isə danışdığı qızların valideynləri ilə əlaqə saxlayaraq, övladlarının nə dərəcədə belə bir iş görə biləcəyini soruşub. Valideynlər isə öz növbələrində qızlarına inandıqlarını və əminliklə övladlarının görüş yerinə gələ bilməyəcəklərini söyləyiblər. Amma yeniyetmələrin hər biri deyilən zamanda valideynlərinin evdə olmadıqları zamandan istifadə edərək görüş yerinə gəliblər.

Sosial eksperimentin nəticəsinə uyğun olaraq deyə bilərik ki, mövcud zamanda yeniyetmə qız və oğlan uşaqlarının valideynin nəzarəti olmadan sosial şəbəkələrdən istifadə etməsi nəyin ki, təhlükəli, hətta yolverilməzdir.

Onu da qeyd edək ki, bu günə qədər Azərbaycanda da sosial şəbəkədən istifadə edən yeniyetmələr digərlərinin şikarına çevrilərək, bədbəxtçiliklərlə üzləşiblər.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.