Vasif Əzimov xanımlara “podxod” edib, kontur istəyib?

15-02-2019, 19:31           
Vasif Əzimov xanımlara “podxod” edib, kontur istəyib?
Meyxanaçı və ifaçı Vasif Əzimovun adına sosial şəbəkədə saxta profil açılıb.

Primetime.az xəbər verir ki, “Facebook”da olan bu hesab tanımadığı insanlara dostluq atır, daha sonra mesaj yazaraq kontur istəyir, xanımlara “podxod” edir, gecə radələrində zəng edir. Artıq bəzi narahat olan insanlar bununla bağlı sosial şəbəkədə status yazıblar. Onlardan biri jurnalist Raziyyə İmranqızı hətta ona 5 manatlıq Azərcell kontur da göndərib.

Məsələ ilə bağlı V.Əzimov ilə telefon əlaqəsi saxladıq. O, bildirdi ki, bu saxta hesabdır:

“Artıq neçənci dəfədir ki, başıma bu iş gəlir. Mənim sosial şəbəkələrdə bir dənə İnstaqramda hesabım var. Qalan heç bir yerdə profilim yoxdur. Bu haqda mənə xəbərdarlıq ediblər. Orada yazan şəxs mən deyiləm. Hamı məni tanıyır. Bilənlər bilir ki, mən o cür xasiyyətdə bir adam deyiləm. Əgər belə davam etsə, lazımı tədbirlər görəcəm”.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.