AzTV-də 200 adam maaşsız qalıb- RÖVŞƏN MƏMMƏDOVUN BAĞLADIĞI 24 VERİLİŞ

3-07-2019, 10:02           
AzTV-də 200 adam maaşsız qalıb- RÖVŞƏN MƏMMƏDOVUN BAĞLADIĞI 24 VERİLİŞ
Arif Alışanvoun AzTV sədrliyindən kənarlaşdırılması və kanala rəhbərliyin Rövşən Məmmədova həvalə edilməsindən bir neçə ay keçir.
Ötən müddət ərzində Rövşən Məmmədovun bir sıra proqramlarda dəyiŞikliklər etməsi və yeni simaları kanala dəvət etməsi haqqında məlumatlar da yayıldı. Etiraf etmək lazımdır ki, bu məlumatlar bir çox hallarda müsbət qarşılanıb. Ancaq AzTV-də baş verənlərin əsas mahiyyəti ictimaiyyətdən gizlin saxlanılıb.
Belə ki, bu dövlət kanalında baş verən dəyişikliklər və bunların narazılıq doğuran nəticələri də olub.
Gununsesi.org-u bilgiləndirən mənbənin sözlərinə görə, AzTV-dəki yeni proqramların yaradılması, bir sıra verilişlərin bağlanmasının arxasında külli miqdarda vəsaitin silinməsindən söhbət gedir.
Bildirilir ki, telekanalda yeni yayımlanan verilişlərin əksrəiyyəti Rövşən Məmmədovun “Lider” Televiziyasında çalışan dostlarının ixtiyarına verilib.
Kənar “prodakşn”larla bağlanan müqavilələr isə külli miqdarda vəsaitlərlə ölçülür. Yeni yaradılan verilişlərin aparıcıları isə mütailə qabiliyyəti zəif olan, söz bazası olmayan işçilərdir. Onların canlı veriliş zamanı üzə çıxan tək keyfiyyəti verilişarası musiqdə qol götürüb oynamaqdır.
Məlumatda o da qeyd olunur ki, AzTV-də kadr məsələsinə Zenfira Əliyeva adlı bir xanıma həvalə edilib. Zenfira xanımın ilk işi isə Elmar adlı qohumunu maliyyə şöbəsinə rəhbər gətirməkdən ibarət olub. Hansı ki, mühasibatlıq uçotundan bixəbər olan Elmar üçün indi ayrıca müəllim tutulub və ona bu işləri öyrədir.
Zenfira Əliyeva, həmçinin özünün övladını da telekanalda işlə təmin etdirib.
Bütün bunlara baxmayaraq, AzTV-də 200 nəfərə yaxın işçi maaşsız və qonararsız qalıb.
Rövşən Məmmədovun ləğv etdiyi verilişlər isə bunlardır:

Caz Əfsanələri
Yaradanlar ve Yaşadanlar
. Ana Dili
. Daş Nağılı
. Azerbaycan Kinosu
Tam Ferqli
Balacam
Bu axşam
Kino Xeber
Serbest Söhbet
Kinosalname
Renglerin Neğmesi
Teatr
Ovqat 15.
Pille 16.
Dadlı Dünya
Palitra 18.
Türk elleri
Maarifçilik İşığında
Keçmişden Geleceye
Sönmez Ulduzlar
. Zamanın Sorağında
Edebi Abideler
Anşlaq
Məsələ ilə bağlı AzTV sədri Rövşən Məmmədovun telefonuna etdiyimiz zənglər cavabsız qaldı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.