Gey dostum arvadını fahişəliyə sürükləyənlərdən qat-qat kişidir - Azərbaycanlı aparıcı

18-11-2019, 10:24           
Gey dostum arvadını fahişəliyə sürükləyənlərdən qat-qat kişidir - Azərbaycanlı aparıcı
Heç kimlə, nə sevgili olmaq istəyərəm, nə də ərə getmək. Kişi kişi ilə sevişir, kimə ərə gedim? Şou-biznesin içindəyəm, mənə kənardan adam lazımdır.
Bunu teleaparıcı-aktrisa Könül Yusifqızı azmedia.az-a verdiyi qalmaqallı müsahibədə dilə gətirib.
O, daha sonra “Cinsi azlığı sevə bilərsiniz?” sualına “Gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur”, - deyərək, fikirlərini bu cür davam etdirib:
“Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah, gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir.
Hərdən özünə deyirəm ki, sən mənəm-mənəm deyib, arvadını, uşağını atıb, balasına bir qəpik aliment belə qıymayan, arvadını fahişəliyə sürükləyən, “mən kişiyəm” deyənlərdən qat-qat kişisən!
Demək ki, “kişilik" bığ-saqqal saxlayıb, şalvar geyinməklə deyil! Namuq-qeyrət deyib onda-bunda səhv axtarmaqla deyil. Küncdə-bucaqda dayanıb, camaatın yubkasını güdəndən nə kişi?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.