ANS-də 4 veriliş bağlandı

11-12-2015, 14:06           
ANS-də 4 veriliş bağlandı
ANS telekanalında verilişlərin bağlanması davam edir.

Publika.az-ın əldə etdiyi xəbərə görə, ANS telekanalında “Şoubiz”, “İç Xəbər”, “İtibucaq” və “Düzbucaq” verilişləri bağlanıb.

Xəbərdə bildirilir ki, bu telekanal rəhbərinin şəxsi qərarıdır və bu verilişlərin yayımının dayandırılmasında Milli Teleradio Şurasının göstərişi olmayıb.

Qeyd edək ki, adıçəkilən verilişlər həftənin 6 günü yayımlanırdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.