“Game of Thrones” ulduzu fanatlarına görə gözlərini itirmə təhlükəsindən danışdı - FOTO

31-05-2023, 12:38           
“Game of Thrones” ulduzu fanatlarına görə gözlərini itirmə təhlükəsindən danışdı - FOTO
Aktyor Pedro Paskal “Game of Thrones” (“Taxt-tac oyunları”) serialının pərəstişkarlarına görə gözlərini itirmə təhlükəsi ilə üzləşib.

Bu barədə ulduzun özü danışıb.

Paskalın personajı Oberin Martell serialda gözləri çıxarıldıqdan və kəllə sümüyünün əzilməsindən sonra ölür. Pərəstişkarları “Game of Thrones” serialındakı bu səhnəni o qədər seviblər ki, həmin anı “yenidən canlandırmaq” istəyərək aktyordan gözlərinə toxunaraq birlikdə şəkil çəkdirməsini istəyiblər. Aktyor isə səmimiyyətindən onların bu istəyinə “yox” deməyib.

“İnsanlar baş barmaqlarını gözümə çəkərək selfi etməyi çox sevirdilər. Əvvəlcə personajın verilişdəki uğuruna o qədər sevinirdim ki, onlara icazə verdim! Ancaq başqalarının barmaqlarına görə gözümə infeksiya düşdü”, - deyə aktyor başına gələnləri danışıb.

Qeyd edək ki, çilili aktyor HBO-nun hit layihəsi olan “Game of Thrones”da Martell Evinin üzvü və Qum İlanları kimi tanınan səkkiz qeyri-qanuni qızın atası Oberin Martell obrazını təcəssüm etdirib. Onun qəhrəmanı döyüş qabiliyyəti, ehtiraslı təbiəti və seksual iştahası ilə məşhur olub.


Oberin Qreqor Kaliqanla gərgin duel zamanı faciəvi şəkildə ölüb. Bu, dördüncü mövsümün “The Mountain and the Viper” (“Dağ və Gürzə”) adlı səkkizinci seriyasında baş verib.

Bu epizod Pedro Paskalın “Game of Thrones” filmində son çıxışı olub. Fantastik dram serialı bundan sonra daha dörd mövsüm yayımlanıb. Ümumilikdə serial səkkiz mövsüm 73 seriyadan ibarət alınıb. Layihə 19 may 2019-cu il tarixində başa çatıb.





Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.