Millət vəkilliyinə namizəd olan Elza: - "Mənə qarşı təxribat var" - FAKT

1-09-2015, 16:55           
Millət vəkilliyinə namizəd olan Elza: - "Mənə qarşı təxribat var" - FAKT
Əməkdar artist Elza Seyidcahanı özündən çıxarıblar.

Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə yayılan “şeirin” müəllifi kimi qeyd olunan müğənni etiraz edib. O, bu addımı atanları məhkəməyə verəcəyini bildirib:

“Ötən gecə "Hadı budu” adlı mənasız bir şeir yazılıb. Yanında isə mənim fotom qoyularaq, mənə aid olduğu iddia edilib. Bunu yayanlar arasında telekanal işçiləri, jurnalistlər də var. Onlardan biri isə ANS-in əməkdaşıdır. Araşdırmadan, doğrunu öyrənmədən belə addım atmalarına əsəsbiləşdim. Mənə qarşı qara piar edirlər. Görürlər ki, heç nəyə fikir vermirəm, yaradıcılığımla məşğulam, başlayırlar mənə sataşmağa. Onsuz bu cür saxta şeirlər yazıb, mənim adımdan yayanları məhkəməyə vermişəm. Bunlar da işin içinə əlavə olunacaq. Onlardan külli miqdarda təzminat alacam. Tək məni yox, sevənlərimi də əsəbiləşdirirlər. Görürlər ki, millət vəkilliyinə namizədliyimi irəli sürmüşəm, işimə qara yaxmaq istəyirlər. Mənə qarşı təxribat aparırlar. Əməkdar artisti təhqir edirlər. Sosial şəbəkədə paylaşırlar, insanlar da mənə aid olduğunu düşünüb, biabırçı şərhlər yazırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.