YPG suriyalıları anti-türk aksiyalarına qatılmağa məcbur edir

21-01-2019, 12:12           
YPG suriyalıları anti-türk aksiyalarına qatılmağa məcbur edir
PKK terror təşkilatının Suriya silahlı qanadı YPG, nəzarət etdiyi bölgələrin sakinləri anti-türk aksiyalarına qatılmağa məcbur edirlər.

SalamNews-un "Anadolu" agentliyinə istinadən xəbər verir ki, biznesmen və kiçik iş adamları, Ankaranın siyasətinə qarşı "etiraz" etmək üçün dükanlar və ofislərdə işləri dayandırmaq məcburiyyətində qalırlar.

Bu növ aksiyalar Fərat çayının şərqindəki Ain al-Ərəb, Kamışlı və Suriyanın digər bölgələrində qeydə alınıb.

Xüsusən, Kamışlıda, terrorçular təxminən 100 nəfəri PKK lideri Abdullah Öcalanın və YPG/PKK-nı simvolizə edən fotoşəkillərlə küçələrə çıxmağa məcbur edib.

Demək olar ki, üç ildir terrorçuların nəzarəti altında olan ərazilərdə məktəblərdəki uşaqlar və yeniyetmələr zorla silahlandırılır.

Terrorçular, onlara qarşı çıxanlara güc tətbiq edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.